Sevincin əlifbası
Sevinc bir yazıb
Düz özü boyda.
O hərifini də
Öz gözü boyda.
Birdən P – nın,
Qulağın dartır.
Birdən A – nın
Yanında yatır.
Həriflər onu
Çox incidirlər.
Bir də görürsən
Yallı gedirlər .
Sevinc belədi
Nə deyək ona.
Düz üç gündü ki,
Hey yazır “Ana.”
Tarix: 26.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...