Cici don (uşaq şeiri)
Nigara atası, aldı “cici” don.
Güllərinin sayı, üstündə düz on.
Nigar o gülləri saydı birbəbir
Sayı gah on oldu, gah da ki, onbir.
Güllərin sayını itirdi Nigar.
Bir gül dərib donda bitirdi Nigar.
Saydı sağa-sola gülləri bir-bir,
Yenə də bilmədi, ondu, ya onbir?!
İndi siz söyləyin, ondu, ya onbir?!
Tarix: 26.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...