Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UŞAQ ŞEİRLƏRİƏziz müəllim

Nəsillərə paylayır,
Gözlərinin nurunu,
Ən çətin anda belə
İtirmir qürurunu.

Şagirdlərə bölür o
Qazandığı varını.
Qoymarıq itirə o
Bizə etibarını.

Əziz müəllimimin
Qayğı yağır gözündən.
Çətinliyə düşürük,
Bir yol çıxsaq sözündən.

Bizə düz yol göstərən,
Sənsən, əziz müəllim,
Arzusuna qovuşmaz.
Sözündən çıxsa hər kim. Ardı »

UŞAQ ŞEİRLƏRİDava-dava oyunu

Dava dava oynayırdı
Turalla Azad.
Azad “faşistdi “
Tural partizan
İkisi də xoşbəxt, azad.
Qaçırdılar hey aşağı
yuxarı
Birdən “faşist” Azad,
Vurdu bizim Turalı.
Tural əyildi Mehdi kimi
Kinoda gördüyü kimi.
Azad qışqırdı: yıxıl, tez ol!
Birdən Tural
Əl atdı cibinə,
Çıxartdı “ Qumbaranı”-
Bir qırmızı almanı.
Tulladı, al.
Alma dəydi Azada,
Ayağı qalxdı göyə
Başı bulandı toza,
Eşələndi toz elədi
Kinoda da belədi.
Qutardı dava
Başlandı əsl dava-
Oturub Azad
Bir qırmızı almanı
Şirin – şrin yeyirdi,
Yazıq Tural elə hey
Ver almamı deyirdi. Ardı »

UŞAQ ŞEİRLƏRİQırıq at (uşaq şeiri)

Balaca Tural
Minmişdi ata
Düş dedi ana
Düş dedi ata.
Gəzdi həyəti
O çapa-çapa.
Yıxildı atı
At onu yıxdı
O atı yıxdı
Mən bilmədim.
Bir onu gördüm
Atı qırıxdı.
Alıb çiyninə
O qırıq atı,
Yolu piyada
Geri qayıtdı. Ardı »

UŞAQ ŞEİRLƏRİYeni il ait bir şeir

Köhnə il gedir, yeni il gəlir
Hər kəsə təzə ildən bir möcüzə gözləyir
Yolka qurulur, süfrə bəzənir
Hər yolkanın altında hədiyyələr gizlənir.
Balaca uşaqlar həyəcanla çağırar
Şaxta baba şaxta can hardasan bu vaxtacan?
Payızda gəl qışda gəl Qorxmursansa yayda gəl.
Əynində xalatı, belində torbası
Şaxta baba tez gələr uşaqlar təəccüblənər,
Saxta baba söyləyər
Mənim əziz nəvələrim
Qarlı dağlar aşmışam, çox ellər dolaşmışam
Dağlardan qaçıb gəlmişəm, sizə hədiyyə gətirmişəm. Ardı »

UŞAQ ŞEİRLƏRİSvetofor şeiri

Bütün günü sönən-yanan,
Üç sehrli işığım var,
Gözləri ilə danışan
Üç sehrli çırağım var.

Qırmızı işıq yanar
O hamıya tapşırar
«Mən yanarkən heç bir kəs
Maşın yolunu keçməz!
***
Yanan kimi Sarı işıq,
Hamı durub gözləyər,
«Hazırlaşın, piyadalar
Yolu keçməyə!»-deyər.
***
Yanan kimi yaşıl işıq,
Yollar olar tamam açıq
Hamı sevinər, şad olar,
Yolu keçər piyadalar.
***
Ay balaca balalar,
Ay ağıllı uşaqlar!
Bu sehirli işıqlar
Deyin nə cür adlanar?
Svetofor Ardı »

UŞAQ ŞEİRLƏRİÖvlad öpüşü

Ömrüm ayın, ilin qalmaqalında,
Əllərim həyatdan asılı qalıb.
Gözüm ötən günün qalır dalında,
Qayğım yamancana artıb, çoxalıb.

Qızımın qələmdən tutub əlləri,
Oğlumu əlimlə gəzdirməliyəm,
İnanın, mən ata olandan bəri,
Az qalır gözümlə qayğılar yeyəm.

Səhər iş azaldır qayğılarımı,
Axşam körpə səsi, körpə gülüşü.
Gülərüz görəndə evdə qarımı,
Elə bil yoluma şəfəqlər düşür.

Varım körpə səsi, nağıl bayatı,
Yoxum ömrümüzdən itən günlərim.
Bulaq nəğməlidir insan həyatı,
Qayğılar içində salınıb yerim.

Evimə dönəndə əlimdə sovqat,
Onlara bəs edər yarı da, az da.
Gec dönsəm geriyə əgər bir saat,
Körpələr düzülər astanamızda.

Uşaq bayraq etsə əlində “beş”i,
Sanıram xoş anım, xoş saatımdır.
Hər gün qazandığım övlad öpüşü,
Qərarsız, möhürsüz mükafatımdır. Ardı »

UŞAQ ŞEİRLƏRİAyxan nağıl danışır (uşaq şeiri)

Bizim balaca,
Nağılçı oğlan,
Nağıl danışır,
Öz adı Ayxan.

Çaqqal gəlibdi,
Kəndə giribdi,
Heç kim görməyib,
Ayxan görübdü.

Ayxan danışır,
Nağıl qarışır.
Özü də çaşır.
Dayanır Ayxan
Bir az düşünür,
Yenə danışır:

Çaqqal gəlibdi,
Kəndə giribdi,
Heç kim görməyib
Ayxan görübdü Ardı »

UŞAQ ŞEİRLƏRİTop (uşaq şeiri)

Tural, topu
Tullanıb tut.
Əlimizdə
Top qızarıb,
Allanıb top.
Görmürsənmi,
Əyri gedir
Yolun azıb,
Aldanıb top.
Tural, tez ol
Tullanıb tut. Ardı »