Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küsəyən süsən (uşaq şeiri)

Dostlarıyla bağçada
Oynayır bizim Süsən.
Dəymədüşərdi yaman
Tez-tez hamıdan küsən.

Gördü açıb qızılgül,
Deyir, mənə baxıb gül.
Istədi bir gül dərə
Dostu Hətəmə verə.

Əlinə batdı tikan,
Barmağında gördü qan.
Qızılgüldən də küsdü,
Tutub ləçəyin üzdü.

Qızılgülün görkəmi
Pərt elədi Hətəmi.
Hətəm küsdü Süsəndən
Hamıdan tez küsəndən.


Tarix: 26.12.2014 / 18:02 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: UŞAQ ŞEİRLƏRİ
loading...