Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Səndən əvvəl ölmək Istərdim...

Gedənin arxasından gələn gedəni tapacaqmı sanırsan? Mən belə düşünmürəm. Ən yaxşısı, məni yandırarsan, otağında bir qabın içində ocağın üstünə qoyarsan. Qab şüşədən olsun, şəffaf, ağ şüşədən olsun ki içində məni görə biləsən. Fedakarlığımı anlayırsan, imtina etdim torpaq olmaqdan, imtina etdim çiçək olmaqdan sənin yanında qala bilmək üçün. Və toz oluram yaşayıram yanında sənin. Sonra, sən də ölüncə qabıma gələrsən. Və orada birlikdə yaşayarıq külümün içində külün… Ta ki bir hörmətsiz gəlin yaxud vəfasız bir nəvə bizi oradan atana qədər ... Amma biz o zamanadək o qədər qarışacağıq ki bir-birimizə, atıldığımız zibillikdə belə zərrələrimiz yan-yana düşəcək… Torpağa birlikdə qarışacağıq. Və bir gün yabanı bir çiçək bu torpaq parçasından nəmlənib tumurcuqlanarsa şübhəsiz o budaqda iki çiçək açacaq: biri Sən biri də Mən…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 15 Bölmə: Sevgi varmı?
loading...