Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quşların Gözləri

Atası həbsxanada məhkum idi. Hər şənbə anası ilə birlikdə atasını görməyə gedirdi. Yenə belə görüşlərdən biri idi. Bu dəfə görüşə özü ilə atası üşün çəkdiyi bir rəsmi də aparmışdı. Ancaq həbsxana qaydalarına görə azadlığı əks etdirən heç bir şeyi məhkumlara vermək olmazdı. Ona görə də elə girişdəcə balaca qızın çəkdiyi quş şəklini əlindən almışdılar. Balaca qız bundan çox məyus olmuşdu. Bunu atasına söyləyəndə, atası: " Narahat olma, qızım, yenə çəkərsən. Ancaq bu dəfə diqqətli ol nəsə çəkəndə. " Balaca qız növbəti həftə görüşə gedəndə atasına başqa bir rəsm apardı. Ancaq bu dəfə o, quş əvəzinə bir ağac və üzərində kiçik xallar çəkmişdi. Atası sevinclə şəklə baxdı və: " Həəə! Çox gözəl ağacdır. Ancaq özərindəki bu xallar nədir? " - deyə soruşdu. Balaca qız atasının qulağına əyilərək: " Susss! Onlar xal deyil, ağacın içində gizlənən quşların gözləridir "


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi varmı?
loading...