Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IMTINA EDILMEZIM....

İnsanın içinə işləyən bir ayaza ev sahibliyi edən qış səhərində,
səni düşündüyümdə içimə yayılan istiliyin, çöldəki iki metr qarı belə əridə biləcəyini düşünürəmsə...
Yuxudan üzümdə xoşbəxt bir gülümsəmə ilə qalxıb mənimlə birlikdə oyanan günə sənin adını verirəmsə...
Evimin bütün divarlarında sənin üzünü görüb, mənə baxdığını hiss edirəmsə...
Və bu məni hər gün həmişə eyni şəkildə həyəcanlandırırsa...
İçdiyim çayın şəkəri, naharımın hər dilimi sən olursansa...
Küçədə mənə baxan hər insan,üzümdəki tərifsiz sevinci görüb heyrətə düşürsə...
Sevdiyin mahnını dəfələrlə başa alıb bezmədən dəfələrlə dinləyə bilirəmsə...
O mahnının hər sözünə səninlə əlaqədar ayrı bir məna yükləyirəmsə...
Başımı döndürən şeyin əslində dərmanlar deyil, sənə olan eşqim olduğunu bilirəmsə...
Yorucu bir günün axrında kiçicik bir sözünlə, bir gülüşünlə uzun bir tətildən dönmüş kimi enerjili oluramsa...
Və o enerjiylə heç yatmadan günlərlə işlələ biləcəyimi düşünürəmsə...
Gün boyu saatları, dəqiqələri sayıb 'Niyə keçmir bunlar' deyə hayıflanıramsa...
Və həmişə səninlə görüşəcəyimiz anı gözləyirəmsə...
Kitab oxuyarkən səni düşünməkdən özümü ala bilməyib eyni sətiri dəfələrlə təkrar edirəmsə...
Sonra sənə bunu izah etdiyimdə birlikdə nə qədər güləcəyimizi düşünüb keflənirəmsə...
Səninlə əlaqədar planlar edirəmsə...
Yalnız fərziyyələrə söykənən olsa belə o planları mükəmməlləşdirmək
üçün hər detalın üzərində dəqiqələrlə düşünürəmsə...
İzlədiyim filmdəki baş rol oyunçularının yerinə
özümüzü qoyub 'Biz olsaydıq belə edərdik' deyirsəmsə...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?
loading...