Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xowbextlik

Xoşbəxtlik
Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya
düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından
insan keçdiyini eşidib onu haraylayır:
— Ey xeyirxah insan, çıxar məni buradan.
— "Əvəzində nə verəcəksən?" — deyə insan soruşur.
— Nə istəyirsən?
— Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir
ev istəyirəm.
Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək
onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-
hönkür ağlamağa başlayır. Yaxından yenə insan
keçdiyini eşidib, haraylayır:
— Ey xeyirxah insan, çıxar məni buradan.
— "Əvəzində nə verəcəksən?" — deyə bu biri insan da
soruşur.
— Nə istəyirsən?
— Çoxlu, müxtəlif markadan olan bahalı və gözəl
maşınlar istəyirəm.
Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o
da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan
çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda
yenə kiminsə keçdiyini eşidir və haraylayır:
— Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.
Bu insan onu quyudan çıxarıb yoluna davam edir.
Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:
— Ey insan, mənə etdiyin köməyin əvəzində nə
istəyirsən?
— «Mənə heç nə lazım deyil» — deyə insan cavab verir.
Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt
ondan yanından ayrılmır.
HEMIWE XOWBEXTLIK SIZLERLE BIRLIKDE OLSUN simpo>narminka bu basda sen ve (esger sevdiyin ucun ) xosbext olun


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi varmı?
loading...