Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehebbet Harda Yaranib Hec Bilirsiniz?

Qədim zamanlarda bütün duyğuların yaşadığı bir ada var imiş:
Xoşbəxtlik, Kədər, Zənginlik, və Məhəbbət də daxil olmaqla bütün hamısı:
Bir gün Adanın batmaqda olduğunu duyqulara xəbər vermişlər və duyqularda adadan köçmək üçün gəmilərini hazirlamışlar.Deyilənlərə görə Məhəbbət, adada ən axırıncı qalan duyğu olub.Çünkü mümkün olan ən axırıncı ana qədər gözləmək istəyib.
Adanın batmağına az bir zaman qaldığı vaxt Məhəbbət kömək istəməyi qərara alır.
Onların içərisində ən böyük gəmidə Zənginlik olub!
Məhəbbət: Zənginlik, məni də yanında apara bilərsən?
Zənginlik, Yox səni yanımda apara bilmərəm.
Çünkü gəmimdə çoxlu qızıl, gümüş var! Sənə yer yoxdu.
Həmin vaxt Umidin çox gözəl bir gəmisi varmış.
Məhəbbət: Ümid, Bəs sən necə? Məni özünlə apara bilərsən?
Ümid: Mən sənə heç cür kömək edə bilmərəm çünkü mən getmirəm!
Mən axırda ölmək istəyirəm və bu adada qalıram!
Kədər: O an məhəbbətə ən yaxın olan duyğu olmuş.
Məhəbbət: Kədər səndə mənə kömək etməyəcəksən?
Sən də məni öz yanına gəlməyə qoymayacaqsan?Mənidə aparmayacaqsan?
Məni göz görə-görə bu adada yalnız buraxıb ölməyimi istəyəcəksən?
Kədər Of, Məhəbbət: O qədər kədərlənmişəmki o qədər dərdlənmişəm ki, sənin əlindən, yalnız qalmaq istəyirəm.
Bu an Məhəbbətin yanından Sevinc tez- tez qaçaraq keçmiş.
Ancaq nə qədər Sevincli olubmuş ki heç Məhəbbətin onu çağırdığını
ondan kömək istədiyini eşitməmiş.
Birdən kimsə Məhəbbəti səsləmiş: Gəl Məhəbbət! Səni yanıma alacağam...
Bu Məhəbbətdən çox-çox yaşda böyük olan birisi imiş.
Məhəbbət bu vaxt özünü o qədər şanslı, o qədər sevincli hiss edibmişki heç onu səsləyənin onu xilas edənin, onu yanında
aparanın kim olduğunu soruşmağı yadından çıxatmiş!
Köhnə adadan qurtlub yeni bir adaya çatanda Məhəbbət adada duşmuş ancaq onu gətirən isə öz gəmisi ilə yoluna davam etmiş.
Məhəbbət Bilikdən onu gətirənin, onun xilaskarının kim olduğunu soruşmuş.
Bilik ona O Zaman idi deyərək cavab vermiş.
Məhəbbət: Bilik, Zaman mənə niyə kömək eləsin ki?
Bilik gülərək cavab vermiş:
Yalniz Zaman Məhəbbətin nə qədər böyük
olduğunu göstərə bilər demiş!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi varmı?
loading...