Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hec Bele Sevgi Gormusuz?

Hec Bele Sevgi Gormusuz?
Qız:- Mən səninlə azad deyiləm,amma əsil məhəbbət
azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:- O ipi mənə ver. İpi
götürür, bir ucunu öz ayağına, digər ucunu qızın
ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!- Bax bu
kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə
azadlıq verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.- Mən gedə bilmirəm,
sənin sevgin mənə mane olur.
- Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.- Məni incidir,
ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı
dolayır, sonra yenidən iplə sarıyır.- İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan
qırışır.- İndi məni incitmir, amma yenə səndən uzaqlaşa
bilmirəm, ip mane olur.
Oğlan ipi açır və soruşur:- Sən nəsə başa düşdün?
- Nəyi başa düşməliydim ki?
- Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.Yalnız
gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi
deyir:- Sən başa düşməliydin ki, həm çətin günündə,
həm də xoş günündə məni tərk etmək istəsən hiss
edəcəksən ki nəsə sənə mane olur.Sənə sevgimiz mane
olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni
hiss etməyəcəksən.
- Bəs niyə sən bizim ayaqlarımızı bağladın?
- Çünki real həyatda bizim ürəklərimiz bir-birinə
bağlıdır.
- Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına
yox?
- Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin
kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki,
əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən
unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz
bağlıdır?
Qız susdu, fikrə getdi.Oğlan isə hələ ürəyində davam
eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya
bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək, çünki
onu itirmək istəmir,çünki ona görə bütün ağrı-acılara
dözməyə hazırdır,çünki onun həmişə yanında olmağını
arzulayır.Çünki onu cooooooooooox sevir.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?
loading...