Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balaca Bir Qızın Dilindən Həyatınəsl üzü.

Mən anamı və atamı çoox
sevirəm...
Hər uşaq sevər anasını,atasını.
Amma mən hamıdan çox
sevirəm. Çünki biz imkansız
ailəyik. Mən sizlər kimi deyiləm.
Yox,məni pis başa düşməyin.
Biz hamımız insanıq. Hamımızın
problemləri,çətinlikləri olur...
Amma mən həyata göz açdığım
andan bəri tək problemim var.
Özdə çox çirkli problemdir:
PUL...
Nə qədər balaca olsamda
gördüm onun bütün
çətinliklərini... Yadıma gəlir, bir
dəfə evdə çox az miqdarda
yemək qalmışdı. Atam da,anam
da işsz idi. Demək olar ki,borc
pul hesabına dolanırdıq. Mən
məktəbdən evə gəldim,
ayaqqabılarım cırılmışdı. Və çox
ac idim.
Anamın atama dediklərini
eşitdim. O evdə ərzaq
qalmadığını deyirdi. O an içəri
girdim.
Anam otur qızım sənə yemək
verim dedi...
Mən isə... Yox ana acmamşam
hələ,dərslərimi hazırlayım
sonra yeyərəm...
Halbuki çox acmışdım.
Tərslikdən məktəbdəki uşaqlar
ayaqqabım cırılıb deyə mənə
lağ edirdilər. Çox pis
olmuşdum...
Onlar hər dəfə yeni paltarlar
geyinirdi. Yox,paxııllıq
eləmirdim. Sadəcə mən də
istəyirdim...
Axı mənim onlardan fərqim nə
idi?
Atam və anamdan nəsə
istəməyə xəcalət çəkirdim. Bəs
mənim günahım nə idi?
Balaca bacım var idi. Hələ
birinci sinifə gedirdi. Yadıma
gəlir bir dəfə məktəbdən evə
gəlirdi o şirinquş istədi... Elə pis
oldum ki,cibimdə bircə qəpik
pulum yox idi... O an ürəyimdə
dedim
“ALLAHım nə olar mənə
göstərdiyin yoxluğu göstərmə
ona...” Mən onun böyük bacısı
idim amma ən kiçik şirinquş
istədiyini də yerinə yetirə
bilməmişdim. Səhəri gün
özümün çox sevdiyi bir
oyuncağını 20 qəpiyə görə
dostumla dəyişdim. Və bacıma
şirinquş almışdım. Onun
gözündəki sevinc hər şeyə
dəyərdi
Və sabah ad günüm idi. Anamla
atam mənə təzə ayaqqabı
almışdı. Elə çox sevinirdim ki,bir
tərəfdən mənə görə borca
girməklərinə üzülürdüm. O gün
ad günü keçirməyə imkanmız
olmamışdı amma olsun... Təzə
ayaqqabım var idi daha heç kəs
mənə istehza ilə
baxmayacaqdı...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi varmı?
loading...