Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixmaq Sevmekdir Ilk Once

Darıxmaq-sevməkdir ilk öncə..
Çünki, sevməsən darıxmazsan ki dəlicəsinə....

Darıxmaq-ağlamaqdır...
Axan hər göz yaşında bütün xatirələrini göz önünə gətirə bilməkdir...

Darıxmaq-uzaqlara dalmaqdır...
Həmdə çox uzaqlara....

Darıxmaq-ümid etməkdir.
“Ümid etmək uğurun yarısıdır” məsəlinə güvənərək...

Darıxmaq-sıxılmaqdır...
Bəzən yalnızlığından, bəzən isə ətrafında lazım olmayan insanlardan....

Darıxmaq-qışqırmaqdır...
Səsin batana qədər “darıxıram” deyə qışqırmaq.....

Darıxmaq- hirslənməkdir....
Bəzən darıxmana səbəb olanlara, bəzən isə taleyə...Çarəsizcə....

Darıxmaq-yanılmaqdır...
Gecə yarısı yuxudan oyandığında...Hər şeyin bir yuxu olduğunu anladığında məsələn....

Darıxmaq-səbr etməkdir...
Usanmadan şəfəqi gözləməkdir.... İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri hətta saniyələri belə ötürə bilməkdir....


Darıxmaq- qovuşmaqdır...
Bir də heç vaxt ayrılmayacağın qovuşmaq... Xəyal da olsa belə.....(:


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi varmı?
loading...