Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAHAR GOZLUM...

Yenə sənin vaxtındır mənim üçün bahar gözlüm.
Pərdə bağlandı, oyun bitdi və gecə keşiyi götürdü.
Yenə sən gəldin dalğın könlümə.
Yenə qaldıq baş-başa.
Xoşdur. Getdyini sanırdın deyilmi, buralarda olmadığını, məni tək buraxdığını.

Yanıldığını bilmirsən bahar gözlüm.
Ən pisi də budur, ən mərhəmətsizi, məni ən çox yaralayanı.
Hər anımda sənləykən vecinə belə olmamağın toxunur mənə.
Sənə söyləyə bilmədiklərimi, içimdən atacağım bu gün.
Söyləmiş sayacağım özümü, rahatlayacağam,
Bəlkə də ağlayacağam.
Yenə sənin vaxtındır bahar gözlüm,
Hər mahnıda səni tapacağam ya da səni tapdığım mahnıları dinləyəcəyəm,
Şəkilinə uzun-uzun baxacağam, xəyallara dalıb qeyri-mümkünlüyünə yanacağam.
Gözlərim dolacaq bahar gözlüm.
Sənə dəlilər kimi aşiq olduğumu yazacağam bir yerə,
Oxuyan anlayacaq sevgimi, çarəsizliyimi.
Əzilməyəcəyəm artıq deyilə bilməyənlərin altında,
Bir daha, bir daha yazacağam, görə bilmədiyini görüb, hiss etmədiyini hiss edəcəyəm,
Bəlkə də ağlayacağam.

Yenə sənin vaxtındır mənim üçün bahar gözlüm.
Ard-arda siqaretmi yandırıb, ah çəkəcəyəm sənsizliyimə, sənsizliyi sənlə yaşayacağam.
Sevgimə görə korlaşmış ürəyim oyandı indi bahar gözlüm.
Bir ömür saxlayacaq, səni bir ömür..
Bir ömür sənsiz də olsa.
Ölənlə ölmək olmur bilərdim, gedənlə də getmək olmur, gedə bilmədim, getmə deyə bilmədim.
Sən getdin, mən qalacağam.
Bahar gözlərinə baxıb, su kimi saf, tərtəmiz üzünə toxuna bilmədim.
Bu gecə,
Bəlkə də ağlayacağam.
Yenə sənin vaxtındır mənim üçün bahar gözlüm.
Su üzlüm, gülüm, könül ocağım...
Bəlkə də ağlayacağam.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 109 Bölmə: Sevgi varmı?
loading...