Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hitlerin əbədi Məhəbbəti

"Yüksək intellektli kişilərin, gərək ki, primitiv və axmaq xanımı olsun".
Adolf Hitler

Tarixə adı müxtəlif səbəblərdən yazılan qadınlar olub və olacaqdır. Çox zaman bu qadınları eyni bir xüsusiyyət - rəhbər xanımı olmaları birləşdirir. Bu səbəbdən də insanlarda qəribə bir stereotip formalaşıb ki, qadın daim kişi əqlindən geridə yer tutur. “Zəkanın cinsi yoxdur” fikri məndə Mariya Sklodovskaya-Kürinin avtobioqrafiyasını oxuyarkən yarandı. Mariya Küri tarixdə Nobel mükafatı almış ilk qadın olmaqla yanaşı, sağlığında bu mükafata iki dəfə layiq görülmüş hələ ki yeganə insandır.


Taleyini paylaşmaq istədiyim - tarixin qadın siyahısındakı qadın milyonların “cəllad”ı olan Adolf Hitlerin həyat yoldaşı Yeva Braundur. Qəribə taleyi olan və adı tarixə təsadüfən həkk olmuş bu qadın kimlərinsə həsəd obyekti olub. Ancaq məhdudiyyətlərlə dolu uşaqlığı, qadağalarla dolu sevgili həyatı, sonda isə intiharla bitən ömrü xoşbəxtlər sırasında ona yer etmədi. Çoxu onu banal ada, banal görkəmə sahib biri kimi qiymətləndirirdi. Bu fikirdə olanlar üçün onun varlığı Hitlerlə müqayisədə belə görünürdü.



Zamanına görə ortabab ailədə böyüyən Yeva Braunun gəncliyində müxtəlif maraqları olub. Bəzi zamanlarda yüngül atletika ilə, bir neçə əcnəbi dillə məşğul olurdu. Daha bir həvəsi - kinoya və fotoya olan aludəliyi onu taleyinin ən böyük dönüş nöqtəsinə apardı. Adi bir fotoatelyedə tələbə, həm də satıcı olan on yeddi yaşlı bu qız günlərin birində elə bu atelyedəcə Adolfla tanış olur. Hər şey də bu görüşdən başlayır. Bu görüş onu zirvələrə aparacaq, ya da həyatın ağır, acılı bir guşəsinə endirəcək nərdivanın ilk pilləsi idi. Yeva illərlə Almaniyanın ilahiləşdirdiyi bir şəxsiyyətə kor-koranə aşiq olur. Beləliklə, onun məşuqə həyatı başlayır. Bundan sonra Yeva Hitlerin istədiyi vaxtlarda, istədiyi yerdə onunla görüşə bilir.


Onun üçün Hitlerin diqqəti xırda-para hədiyyələrlə təltifində idi. Xanım Braun əzablı məşuqə həyatında iki dəfə intihara cəhd edir. İlk dəfə 1932-ci ildə başına güllə açsa da, güllə boynunu yaralayaraq yan keçir. İkinci dəfə 1936-cı ildə yüksək dozada dərman qəbul etsə də, yenə onu xilas edə bilirlər. Bu qadının həyatdan küskünlüyünün səbəbini indiyədək heç kim dəqiq bilmir. Onun haqqında tam təsəvvürü qorunub saxlanılmış xatirə yazıları yaradır. Yalnız ailəli birinin məşuqəsi olaraq kölgədə yaşamaq, sevdiyi tərəfindən daim diqqətsizlik, eyni zamanda özünəməxsus şəkildə qəddarlıqla sevilmək bu addıma gətirə bilərdi. Sevdiyi onunla olan münasibətlərini bütün rəsmi, qeyri-rəsmi görüşlərdə danırdı. Səfərləri zamanı onu özü ilə gizli aparırdı. Söhbətlərində nikahın onun üçün mümkünsüzlüyünü tez-tez vurğulayırdı. Yeva onun siyasi işlərindən kənarda qalırdı. Ancaq bunlarla yanaşı Yeva Adolfun sayəsində çox inkişaf edir: təhsilini artırır, xarici görünüşünə diqqətlə yanaşır, kinoya və fotoya olan maraği ilə ciddi məşğul olur, əsl zadəgən qadın olur.



Yalnız müharibənin sonlarında Hitlerin bu sarışın xanıma münasibəti dəyişir. Əsəb gərginliyi onun özünü idarəsinə mane olurdu. O, Yeva üçün çox narahat idi. Həmin ağır günlərdə ”Mersedes” kabriolet Yevanı bombalanan, uçqun, kimsəsiz şəhərlərdən düz Berlinə aparırdı. Onlar ən xöşbəxt günlərini dənizdə - 16 metrlik dərinlikdə, bunkerdə yaşadılar.
Aprelin 28-dən 29-na keçən gecə saat 00:00-da, nəhayət ki, onlar nikaha girdilər. Bir neçə şahidin iştirakı ilə o, Yevanı öz xanımı elan edir. Yevanın bir arzusunu da qeyd edir ki, o, Hitlerlə birgə özünü ölumə hazır bilir.
Həyatının 16 ilini Hitlerin yanında ikinci mövqedə dayanan, daim onun diqqətini gözləyən Yeva 30 aprel tarixində gərəksiz yerə qurban gedir. Hitler başına güllə açmaqla, Yeva isə zəhər içməklə intihar edirlər. Cəsədləri birgə yandırılır.
Qeyd edim ki, Hitlerlə bağlı qalan sənədlərdə əksər foto və video yazılar Yeva Braun tərəfindən lentə alınıb.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi varmı?
loading...