Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Qatil Oldum Sevdiyimin Və Sevgimin Qatili...!!

Həyatın nə qədər acı olduğunu hər kəs yaxsı bilir.O da bilirdi.Həmişəki kimi yellənən kürsüsündən

acıq pəncərədən gələn havanı içinə çəkərək, arada bir pəncərədən boylanıb küçəyə baxırdı. Canı çox sıxıldı.
Pəncərədən gələn havanı az görərək çöle çıxdı .Bir müddet bayırdakı qapıya söykənərək durdu.
Sonra ağır addımlarla köhnə küçeden çıxıb gözdən itdi .Heç bir zaman onun diqqətini çəkmədiyini
düşünən qarşı evdə oturan və onu soznsuz sevgi ilə sevən qız,oğlanın gözdən itdiyini pəncərədən sallanaraq izleyirdi.






İçi titrədi qızın "yene ne bela axtarir bu"deyə qız öz-özüne danışırdı.Oğlan evə gələndə
gecə yarısını keçmişdi.Qız yenə pəncərədəydi.Yenə onu gözləyirdi oğlan axsayırdı."Yenəmi?"dedi sakitcə.Yenə o qızın evinə gedib yenə o qızı yaxından görmək üçün yüksək divardan atılıb.Əvvəllərdə bu hərəkətini təkrarlamışdı hətta bundanda pis halda idi necə gün yataqdan dura bilmemişdi.Qız ona dərmanlar almış,yemək və bir neçə qonşu ile ziyarətinə getmişdi.Sadəcə iki gün gedə bilmişdi cünki, bu məhlədə nişanli bir qızın tez-tez xəstə ziyarətinə getməsi düzgün qarşılanmazdi .Bir həftə yatağa düşdüyü qiz onun üçün cox qiymətli idi,oğlanda qiz üçün bir o qədər qiymətli idi.O qızı heç yaxinnan görməmişdi ama danışmışdı ona"Gözəldi həmdə çox gözəldi"deyərdi

Bir neçə gün keçdi oğlan çölə çıxmırdı hətta pəncərədən belə baxmırdı. Qız çox narahat idi evdə də
küçədə də heç kimin olmadıığı bir vaxt qarşıdakı evin köhnə qapısına gedərək qapını döydü...
Açan olmadı.Narahat oldu daha da berk döyməyə hətta yumruqlamağa başladı yumruqlayarkəndə aglayırdı narahat idi.Qorxurdu düşünürdü "bəlkə nəsə baş verib ?bəlkə o qiza görə canına qəsd edib?"yumruqların zərbəsindən köhnə qapı aralandı.Qız cəld içəri girdi və qaçaraq pilləkənlərdən üst mərtəbəyə qalxdı və qarşısina çıxan birinci otağın qapısinı açdı.Görəcəklərindən qorxurmuş kimi halı vardı.Yataqdan inilti səsi esidilirdi.Yavaşca yorğanı qaldırdı temperaturu vardı sevdiyi oğlanın qızdırma içırisində yanırdı o anda qız"darıxma"demək istəyirdiki,oğlan anlaşılmayan kəlimələr işlətməyə başladı.Qız yaxşı başa düşsün deyə aşagı əyildi bir ad,sevgi,esq sözler işledirdi.Qız yatağın yanındakı sürmənı açıb dərman çıxarmaq,tərini silmək üçün bir dəsmal götürmək istədi amma dərman,dəsmal yerinə şəkillər keçdi əlinə"onun şəkilləridi"deyə düşündü.Bəlkədə indi deməyə çalışdığı sözlər ona məxsusdu?-deyərək hirslə oğlanın üzünə baxdı.Digər şəkillərə baxmaq istəmədi daha çox təsir edəcəkdi.Bir anliq içini qısqanclıq,hirs,kin,həyatdan küsmüş kimi hal bürüdü.Xəstə oğlana baxaraq yüksək səslə"o səni heç vaxt sevmədi üzünə belə baxmadı amma mən... amma mən hər zaman sənin köməyinə qaçmışam,həmişə səni sevmişəm və həyatın indi mənim əllərimdəykən..."durdu.Həyatı doğurdanda onun əllərindəydi.Onu heç sevməmiş üzünə belə baxmayan hətta nişanladiği gün başqa oğlanlarla və nişanlısı ilə gedib kafedə içmişdi...."Lənət olsun.Sənə görə nişanlımdan ayrılmağı fikirləsdim, öz həyatımı məhf etməyi,intihar etməyi....Amma sən hələdə onun üçün canıvı təhlükəyə atırsan....dedi".Qız ağlayaraq səkilləri yerə atdı və otaqdan çıxdı.
Oğlanı xəstə vəziyyətində yataqda buraxaraq axasına belə baxmadan otagı tərk etdi.Qaça-qaça sahilə getdi.Gün çıxmağına az qalmışdı bir müddət dənizi seyr elədi sonra ağlamağa başladi hıcqıra-hıcqıra bağıra bağıra....
Ağlaması bir az dinmişdi ki,bir an ne elədiyinin fərqinə vardı.Qaca-qaca küçəyə
gəldi həmin o köhnə qapıya yaxınlaşdı,yuxarı cıxdı,yatağa yaxınlaşdı və hər şey üçün gec idi.
O ölmüşdü artiq .O yox idi.Hıcqırığı boğazında düyümləndi ağlaya bilmədi.Başını aşağı saldı və yerdəki şəkillərin arasında özünə aid şəkilləri gördü,əyilərkək götürdü pəncərədən sallanaraq baxdığı yerdə
çəkilmiş şəkil idi.Yerdən digər şəkilləri götürərək nişanlısı ilə çəkilmişdi,qonşu ilə danışarkən və bunlar
kimi bir neçə şəkillər var idi.....başa düşmürdü .Ağlı qarışmışdı.Sonra onun ölumüne səbəb olan qızın şəkillərini axtarmağa başladı, tapdı arxasını çevirdi oxuduğu yazı onu şoka saldı.Vicdan əzabından öləcəkdi"bacım"yazılmışdı.O an xatırladı"balaca vaxtı bacısı ailəsini itirənnən sonra qonşuların və məhkəmənin qərarı ilə varlı bir ailəyə övlad olaraq verildiyinnən danışmışdı".Amma necə ola bilər onu bacısınnanmı qısqanmışam,yəni qisqanclıqdan hirsimnenmi onu xəstə halıynan qoyaraq köməklik etmədən getdim.Özümü heç vaxt bağışlamayacam...Sevdiyim oğlan mənə görə öldü...Onu mən öldürdüm...Mən qatil oldum sevdiyimin və sevgimin qatili...Bu vicdan ezabıyla yasaya bilmərəm ...!!!
Günorta vaxtı köhnə qapıdan iki tabut cıxdı.Biri xəstəlikdən digəri intihardan ölmüşdü


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Sevgi varmı?
loading...