Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Virtual Roman

1-ci gün. Tanışlıq.
Oğlan: salam
Qız: salam
Oğlan: Necəsən
Qız: Belədə cox sagol sən necəsən?
Oglan: məndə yaxşı.
Qiz: Bəxtiyar
Oglan: hə…
Qiz: heç
Oglan: de görüm ne olub axı?
Qiz: nə bilim darıxıram. danış da…
Oglan: hə...nədən danışım?
Qiz: Nə bilim.Bax məsələn... Niyə axı sənin statusun həmişə üzgündür?
Oğlan: Bilirsən? Mən 1 qızı sevirəm. O çox gözəldir. Amma mən onun haqda heç nə bilmirəm. Hətta adını da bilmirəm. Sadəcə o məndən 1 mərtəbə aşağıda qalır. Özüdə deyəsən tək. Amma çox gözəldir və deyəsən mənim varlığım və yoxluğum onun heç ruhunuda incitmir. Nəisə...öz problemlərimlə səni yormayım.
Qız: Yox danış nə yormaq? Maraqlıdır danış.
Oğlan: Nəyi maraqlıdır? Biz ki hələ cəmi 40 dəqiqədir ki tanışıq. Həm də virtual.
Qız: Hərdən virtual tanışlıq realdan daha yaxın olur. Hərdən də elə olur ki ilk dəfə salam verib tanıdığın 1i səni daha yaxşı anlaya bilir. Mənim üçün bu hərdən daha 1 ömürdür. Yaxşı mən daha çıxım yuxum gəlir. Sağ ol.
Oğlan: Sag ol…

2-ci gün
Oğlan: Salam
Qız: Salam necəsən?
Oğlan: Yaxşı. Sən necəsən?Necə yatmısan?
Qız: Mən belədə gec yatmışam. İndi də başım ağrayır. Gözlə dərman içib gəlirəm.
Oğlan: ok…gözləyirəm.
Qız: Hə...gəldim. İndi de görüm sən necə yatmısan? Əhvalın necədir?
Oğlan: Məndə yaxşı. Əla yatmışam.
Qız: Lap yaxşı.
Oğlan: Özün haqda danışda....
Qız: Nə danışım?
Oğlan: Nə bilim. Məsələn mənim repdən xoşum gəlir. İdman stilində geyinirəm. Futbolnan məşğulam. İtləri sevirəm. Bəs sən?
Qız: hmm...Mən daha çox klassik geyinirəm və daha çox rok dinləyirəm.
Oğlan: hə....Deməli belə-belə işler...
Qız: Yaxşı Bəxtiyar. Çıxım. Gedim yuxum gəlir. Sonra yenə danışarıq.Sənlə danışmaq xoşdur.
Oğlan: Mənə də sənlə danışmaq xoşdur. Gecən xeyrə.

3-cü gün
Qız: Salam Bəxtiyar.
Oğlan: Ooo salam. Necəsən? Nə var nə yox? Nə yaxşı gəldin? Darıxırdım burda tək.
Qız: Çox sağol canım. Mən yaxşı. Hə mən də darıxırdım. Sən necəsən?
Oğlan: Mən belə də sıxılıram. Bilirsən mən heç sənin adınıda bilmirəm e…
Qız: Adım Elina.
Oğlan: Hmm çox qəşəng adın var. Bəs niyə gizlədirdin ki?
Qız: Gizlətmirdim e. Sadəcə nə bilim....Deməmişdim. Bunada öz səbəblərim var. Özüdə az deyil. Virtualda insanı tez tanımaq olmur.
Oğlan: hə onu düz deyirsən.Elə həyatda da insanlar çox maskalanırlar. Amma gec yada tez hər kəs öz maskalarını itirir.
Qız: hə canım.Maskalar sifətlər insanlar.
Oğlan: Qulaq as. Mənə şəklini göndərə bilərsən? Sən mənə çox maraqlı gəlirsən. Sadəcə səni görmək istəyirəm.
Qız: Hmm yaxşı bilmirəm niyə. Amma mən sənə inanıram.ok qəbul elə.
Fayl qəbul olundu. Bəxtiyar faylı açdı və şəkilə klik etdi. Şəkil açıldı və budur... Onun 1 neçə müddətdir sevdiyi o qonşu qızının şəkli idi. O heyrət içində donub qalmışdı. Heçnə edə bilmirdi. Nə danışa nə yaza. Nəsə etməyə çalışmırdı da. O sadəcə indicə öyrəndiyi həqiqətdən şoka düşmüşdü.
Qız: hmm Bəxtiyar?Sən ordasan?
Bəxtiyar isə hələ şokdan yeni-yeni özünə gəlmişdi. O gözlərini şəkildən ayıra bilmirdi. Sarı qəhvəyi saçlar yaşıl parıldayan gözlər nazik dodaqlar enli kirpiklər.
Bəxtiyar: Hə burdayam.
Nədənsə yalan danışdı.
Bəxtiyar: Çayı üstümə dağıtmışdım.köynəyimi dəyişirdim.Sən sən çox gözəlsən.
Qız: e…yaxşı yalan demə.nəyim gözeldir?indi sən göndər öz şəklini.
Bəxtiyar susdu. Biraz fikirləşdi. Düzdür, o qonşusu Bəxtiyara heç fikir verməmişdi. Amma əgər görübsə tanıyırsa üzdən Bəxtiyar nədənsə çəkindi və yenə də yalan dedi.
Bəxtiyar: Mənim kompyüterim format olub e... ona göre şəkillərim silinib. Başqa vaxtı söz verirəm göndərərəm.
Qız: hmm... ok. Bəxtiyar nə vaxt olsa göndərərsən. Bilirsən? Mən sənin şəklini görməmişəm amma sənə çox bağlanmışam... Mənim həyatda heç kimim yoxdur. Ona görədə burdakılarla yaxınam. Amma axır vaxtlar ancaq sənsən. Nədənsə səni çox istəməyə başlamışam.
Bəxtiyar: hmm bilmirəm nə deyim zaman Elina. Mən sənə indi heç bir söz deyə bilmərəm. Çünki indi başım ağrayır.
Qız: Yaxşı, Bəxtiyar mən çıxım gedim yatım. Sağol, canım.
Bəxtiyar: Sağol, Elina gecən xeyrə. Şirin yuxular.

4-cü gün. Həqiqət ağrısı.
Qız: Salam canım.
Bəxtiyar: Salam xoş gəldin necəsən?
Qız: Sağol yaxşıyamş Sən necəsən?
Oğlan: Mən əla.
Qız: Nə əcəb əla?
Bəxtiyar nə deyəcəyini fikirləşdi… axı əsl həqiqəti ona açıb deyə bilməzdi. Deyə bilməzdi ki 1 ildi realda sevdiyi qız virtualda ona bu qədər yaxındır. Yenə də yalan dedi.
Oğlan: Nə bilim daha başım ağrımır. Həm də ki daha sən varsan.
Qız: Nə mən? Harda mən varam?
Oğlan: Hələ dəqiq aydınlaşdırmamışam. Amma hələ ki ən azından mənimlə bax virtualdasan. Mən buna çox sevinirəm.
Qız: Hmm çox sağol.
13 dəqiqəlik süküt.
Oğlan: Niyə susursan Elina?
Qız: Nə bilim. Bezmişəm.
Oğlan: Nədən? Kimdən? Danış görüm nə olub axı?
Qız: Hər kəsdən hər şeydən insanlardan bütün cəmiyyətdən. İnsanlar elə laqeydləşiblər ki bir-birlərinə. Elə vəhşiləşiblər ki çöl heyvanları onların yanında heç nədir. O gün metroda 1 nəfər gördüm. 4 nəfər birləşib döyürdü onu dib tərəfdə. Amma heç birisi kömək etmədi hamısı vəhşidir... İnsanlardan bezmişəm. Hamısı yalançıdır. Bezmişəm. Hər gün 1 yerdə müharibə başlayır. Hər gün minlərlə körpə öldürülür. Nə vaxt olacaq bütün dünyada sülh? Nə vaxt bitəcək qırğınlar müharibələr qətllər yalanlar aldatmalar?
Oğlan: Bilmirəm Elina. Amma heçnə əbədi deyil. Hər şeyin 1 sonu var və dözmək lazımdır. Mübarizə aparmaq lazımdır.
Qız: Hə...mübarizə. Onsuz da ondan başqa nə verirlər ki bizə. Yaxşı mən gedim yatım. Yorğunam. Gecən xeyrə....
Oğlan: Xeyrə qarşı. Şirin yuxular bidənəm.

5-ci gün. Narahatlıq.
Qız: Salam. Burdasan? uff hardasan e... Sən yoxsan bura elə darıxdırıcıdır ki. Sənə elə bağlandım ki bu 4 gündə. Deyəsən gəlməyəcəksən. Yaxşı mən çıxdım. Öpürəm səni sağol.

6-cı gün. Tənhalıq.
Qız: Salam. Nə olub axı sənə? Heç olmasa arada girəndə cavab yazda. Bəxtiyar sən yaxşısan? Heç olmasa yaz ki yaxşıyam. Narahat oluram axı..uf... nəisə. Getdim sağol.

7-ci gün. Üsyan.
Qız: Salam bircə demə ki yoxsan burda... ey mən darıxıram axı... Aydındır səndə belə etdin... Sən də məni tərk etdin hamı kimi. Mən isə sənə inanmışdım. Özümdən çox inanmışdım. Səndə bu cəmiyyət tək əclaf çıxdın. Əclaf... nəisə daha səni narahat etməyəcəm. Bu gündən sonra daha heç kimi narahat etməyəcəm. Nə də kimsə məni. Mən daha bezmişəm. ƏLVİDA...
Gecə saat 04:50... 16 mərtəbəli binanın damı güclü külək. Dizlərini qucaqlayıb damın ən kənarında oturmuş Elina... göz yaşlarında boğulan yam-yaşıl firuzə tək gözlər. Elina indi kimsəsiz uçurumun kənarındadır ki indi bircə addım və o artiıq bu həyatla vidalaşa bilər. Sonsuz dərəcədə nifrət bəslədiyi bu həyat. İnsanları dövlətləri hökumətləri təbiətləri vəhşi insanlar həm də çox vəhşi. Onunsa düşüncələrində indi ən son Bəxtiyarın nifrəti dolaşır. Elina ayağa durdu, addım atmaq istəyirdi. Amma birdən sağda oturan bir oğlan gördü. O da nədənsə ağlayırdı. Elina ömrü boyu bir oğlanın belə ağladığını görməmişdi. O özünü öldürmək istəyirdi. Amma Elinaya maraq və insanlıq hissi güc gəldi. O oğlana yaxınlaşdı.
Qız: ey..niyə ağlayırsan?
Oğlan: Mənim dostum ölüb…
Qız: Bəs necə olub? Nə olub ona?
Oğlan: O intihar elədi 3 gün əvvəl. Özünü bax burdan mən dayandığım yerdən atdı. Mən isə ona kömək edə bilmədim. İstədim çox istədim qoymayım bunu eləməyə. Amma çata bilmədim. O quş tək sanki qanad vurub uçmaq istəyirdi.
Elina: Bəs axı niyə? Niyə intihar?
Elinanın təəccübdən gözləri iriləmişdi. O dəhşət içində idi.
Oğlan: O bir qızı sevirdi. O qız da bu binadan idi. 15-ci mərtəbədə qalırdı və o qızla təsadüfən internetdə tanış olmuşdu. Sadəcə sonda anladı ki o qız heç vaxt onun olmayacaq. Bəxtiyar özünü öldürdü. 3 gün qabaq. Bax elə həmin bu yerdən. Mənəsə son sözləri...onu qoru. Sevdiyi qızın yaşaması onun son arzusu idi. Mənsə o qızı heç tanımıram da. Dostumun son arzusunu da yerinə yetirə bilməyəcəm. O bu sevginin mümkünsüz olduğunu bilirdi və ona gorə də getdi. Əlvida belə demədən. O sevdiyinin xoşbəxt olmasını yaşamasını istəyirdi. Başa düşürsən? Əlvida belə demədən. Nəyə görə? Təkcə o qızın yaşaması üçün xoşbəxtliyi üçün.
Oğlan daha da bərk hönkürtü ilə ağlamağa başladı. Elina dəhşət içində bütün olanlara qulaq asdı. O artıq hər şeyi anlamışdı. Onun Bəxtiyarı özünü öldürmüşdü. Elina oğlanı qucaqladı. Bir müddət susaraq onunla birlikdə ağladı. Sonra onu ayağa qaldırdı və gözlərinə baxıb dedi.
Qız: Sən dostunun artıq son arzusunu yerinə yetirdin...o kimsəsiz qız artıq yaşayacaq. O Bextiyarın son arzusunu yerinə yetirəcək. Nə olursa olsun bu cəmiyyətlə mübarizə aparacaq.
Elina yavaş-yavaş geriyə döndü göz yaşlarını əlləri ilə silərək evə getdi.

Artıq günəş çıxır üfiq çox gözəldir. Damın başında indi yalnız Kənan qalıb. O Kənan hansı ki real həyatda Elinanı təmənnasız sevir. O Kənan hansı ki virtualda Elinanı tapmışdı və Bəxtiyar personajı quraraq onunla ünsiyyət qurmuşdu. Amma Kənan bilirdi ki bu sevgi mümkün deyil. O xoşbəxtlik yox ancaq bədbəxtlik gətirəcək. Buna görə də o növbəti yalanını demişdi. Elina yaşasın deyə və yenə də Kənan hər gün olduğu kimi günəşi qarşılayırdı və yenədə tək. Bir virtual romanı da beləcə səhifələrini rəngləyib vidalaşdı.
Sevgi hər yerdə mümkündür. Real və ya virtual. Fərqi yoxdur. Sadəcə əsl sevgi var və sevgi üçün bəzən tərk etmək öz sevgindən əl çəkmək yalanlar uydurmaq var.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 450 Bölmə: Sevgi varmı?
loading...