Gözyaşları həsrət dolu sinələrə axan iztirab damlalarıdır.
Həsrət hicranla yanan ruhun içdən-içə sızlanışıdır. Ona nə qısır ifadələriylə dil nə də ən parlaq bəyanlar tərcüməçi ola bilər. Yalnız duyğulu bir könül həsrətin yanğısını bütünlüklə hiss edə bilər.
Hiss dolu bir könlün sahilini həsrət dalğaları insafsızca döyər və çırpınışlarında ruhdan bir parça qoparıb yeni hücumlara hazırlanarlar. İradəsi qüvvətli olanlar çəlikdən ruhlarıyla buna müqavimət göstərsələr də, zəif yaradılışlı olanlar, yavaş-yavaş əriyib gedərlər.
Ümidsiz gözləyişin hüsranı ruhlarda fırtınalar qoparar. Vüsalın şəfəqini gözləyən bir könüldə isə həsrət, ilıq bir məltəm kimi əsər və ülvi duqğuları cücərdər.
Bir də gerçəkdən könül veriləcək “Dilarə” tapmamış, ağılları və ruhlarıyla keçici ‐ fani məhbublara bağlananlar vardır ki, vəziyyətləri ürəkağrıdıcıdır.
Hər doğuş arxasında bir çox həsrət dolu könüllər buraxaraq qüruba meyl edir. O zaman ruh “Leyla” deyə arxasından qaçılan xəyalların yerinə “Mövla” deyib könlünü həqiqət əsintiləriylə dolduracaqdı.
Gözyaşları, həsrətin ən həzin tərcüməçisidir. Üfüqün arxasındakı məhbub üçün üfüqdə boğulan həsrət dolu gözlər dərin bir kədər içində hicrana gömülərlər. Belə ki, doğru olmayan bir yol ilə bir məqsədi təqib edən kimsə çox vaxt hədəfinin əksini şillə olaraq yeyər. Allah qəlbin batinini iman, mərifət və məhəbbət üçün yaratmışdır. Zahirini isə digər şeylər üçün hazırlamışdır. Cinayətkar ehtiras qəlbi deşər, bütləri içinə soxar. Bu isə qeyrətullaha toxunar və onu məqsədinin tərsi ilə cəzalandırar.
Qəlb platonik eşqlərin açdığı dərin yaraları müalicə üçün məcazi məhbublarla əlaqəsini kəsir; vicdan belə “müqəddəs” bir məhbubu axtararaq məcazi eşqi həqiqi eşqə inqilab etdirər:
Batmaqla itən bir məhbub gözəl deyildir. Çünki: “Zəvala məhkum olan həqiqi gözəl ola bilməz. Əbədi eşq üçün yaradılan və aynəl-Saməd (heç bir şeyə ehtiyacı olmayan, hər şeyimizlə ona möhtac olduğumuz zatın aynası) olan qəlb ilə sevilməz və sevilməməlidir!..”
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 164 Bölmə: Sevgi varmı?