2006-cı il məktəbi qurtadım və BDU-ya GEOLOGİYA fakultəsinə daxil oldum . 1-ci kursa təzə başhlamışdım elə belə uşaqlarla vaxt öldürürdum . Gəzirdik , gülürdük , oynayırdıq . Günlərin bir günü 1-ci kursun ortaları idi . BDU bufetde uşaqlarla oturmuşdum . Qızlar və oğlanlar birlikdə . Uşaqlarla məzələnirdik . Deyirdik gülürdük . Bufetdə də uşaqlar az idi , Qız qrup yoldaşım-mənə arxamda 1 stol göstərdi . Mənə dediki , bax o qızlar oturub aaaa gedib onlardan FANTA ala bilərsən . Məndə arxama baxdım , orda bir qız var idi xoşum gəldi o gündən başladım arxasınca düşməyə . Qızda gorürdüki mən arxsınca gəlirəm , hər necə elədisə 1-ci gün qızı itirdim . Bilmədim hansı fakulətdə oxuyur . O dəqiqədən başladım qızı fikirləşməyə . 1 həftəyə yaxın qızı görmədim.
Günlərin bir günü çıxdım COĞRAFİYA fakultəsinə, məktəbdə 11 il bir yerdə oxuduğum sinif yoldaşımı axtarmaqa COĞRAFİYA fakultəsinə, otaqları bir-bir açırdım, birdən bir otaqda kimsə gözümə dəydi. Neçə gün idi ki, axtardığım qız idi. Başladı o gendən qara günlərim. Qız məndən 1 kurs böyük idi.
Həmin gündən dərslərə girmirdim, fikrim ancaq bu qızda idi, günümü COĞRAFİYA fakultəsində keçirirdim. Qızın arxasınca düşürdüm amma yaxınlaşmağa risk eləmirdim, qorxurdumki ömrümdə birinci dəfə bir qız sevmişəm, həm də canımdan çox. Qız mənə yox deyər, ya da rus dilli olduğuna görə qorxurdum ki, məmə rusca nə isə deyər, anlamaram, pərt olaram. Mən ancaq qızla evlərinə qədər arxasınca gedib qayıdardım.
Günlərin bir günü 1-ci kursun axırı idi, sinif yoldaşım mənə dedi ki, ALTIAĞACA praktikaya gedirik. Həmən bu qızda ALTIAĞACA gedirdi qrup yoldaşları ilə. Öz praktikamdan kəsildim, Getdim 1 həftəlik ALTIAĞAC praktikasına. Praktikaya getdiyimi sinif yoldaşımdan başqa heç kim bilmirdi. Getdik ALTIAĞACA. Orda ayrı-ayrı katejlərdə qalırdıq. Mənimdə ALTIAĞACDA olduğumu görən qız biraz dondu qaldı )). Sonra günlərimizi keçirirdik. Mən hələdə özümü toplayıb bu qıza yaxınlaşa bilmirdim . Bu mənim təcrübəsizliyimdən irəli gəlirdi. Praktikada son günlərimizi keçirdirdik. Bizim katejlərlə üzbə-üz dağ var idi. Fikirləşdim nə edim? Və çıxdım bu dağın başına ki, dağa yazı yazaraq qıza onu sevdiyimi bildirim. Çox sağolsun qrup yoldaşım mənə köməklik etdi və dağa LYUBLU yazdım düşdüm aşağı. Bu mənim dağa yazdığım sözü bütün ALTIAĞAC gördü, elə bu qızda gördü. Amma nə fayda, heç bir şey olmadı. ALTIAĞACDA necə oldusa qızın nömrəsini öyrəndim. ALTIAĞAC praktikası bitdi və bizdə qayıtdıq BAKIYA! Mən 1-ci kursu bitirdim. Başladım qıza SMS lə ürəyimi açmağa. Qız cavab yazırdı SMS-ə, amma hər yazdığı SMS sonuna (Bolşe ne pişi mne) yazırdı! 1 il keçdi yaxınlaşmağa risk etmədim, 2-ci ildə gəlib keçdi, 3-cü ildə keçdi yenə də risk edib yaxınlaşa bilmədim. Mənim bir işim var idi, ancaq qızın arxasınca gedib gəlirdim. Bir gün gecə SMS yazdım qıza, bir neçə dəqiqədən sonar qızın nömrəsindən mnə zəng gəldi. Telefonu açdım gördüm ki, qızın anasıdır. Qızın anası mənimlə elə ponyatkalı danışdı ki, mən bu danışıqdan sonar qızın gözünə görsənməyə utanırdım. Qız universiteti bitirdi getdi.
Ve 1 həftə bundan əvvəl öyrəndimki qız nişanlanıb. Çooox təəssüflər olsun ki, məndə qaldım belə. Qıza xoşbəxtlik arzulamaqdan başqa əlimdən heç bir şey gəlmir. 10-15 günə isə tpyu olacaq…. Onuda bilirəmki qızın arxasınca baxmazlar. Qız getdiyi yerdə xoşbəxt olmaz. Bu qız hər şeyin ən gözəlinə layiq olduğu üçün, qızdan əl çəkdim. Qoy ömrünün axırına qədər xoşbəxt olsun.
Mən bu hərəkətimin axırında başa düşdüm ki, insane heç vaxt özünü sadə aparmamalıdı. Özüvü sadə apardın sənə ya yazıq kimi baxacaqlar, ya da ki, QIJI kimi. EEEEEEEEEEE hər nə isə 3 ilimdə belə getdi.
Mən bu hekayəni yazdım ki, ey sevənlər əgər kimisə ürəkdən sevirsinizsə yaxınlaşın, öz sevginizi sevdiyiniz kəsə deyin və sübut edin. Utanmayın sırtıq olun. Vaxtınızı boş yerə aparmayın. Ilk gündən sevginizi sübut etməyi, sevdiyinizə yaxınlaşmağı bacarın.
Əgər qarşılıqsız, məhəbbətsiz sevirsənsə. Yəni sənin sevgin onun sevgisi olaraq bir sevgi doğurmursa. Sən özünü həyatını təzahurun üzrə sevdirə bilmirsənsə sənin sevgin GÜCSÜZDÜR!!! Və bu, və buuuuu Bədbəxtlikdir, bədbəxtlikkk!!!
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Sevgi varmı?