Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Sənin Sevgin əvəzolunmazdır-ANA

O Ana ki,9 ay bətnində böyütdün məni.Qızım deyib qucağına aldın və mənə həyat verdin.Gecəni-gündüzə qatıb,günlərcə yatmayıb məni qucağında yellədin.Sonra bir az böyüdüm və əllərimdən tutub mənə gəzməyi öyrətdin Ana.Yıxılmayım deyə məni bərk-bərk tutdun Ana.Sonra il məktəbə atdığım pillələr.Hər sabah mənim əlimdən tutub məktəbə apardığın o illər necə yadımdan çıxar Ana.Hər dəfə səni sevindirməküçün aldığım yaxşı qiymətlər üzündə təbəssüm yaradardı.Mənim ağıllı,gözəl balam deyib bağrına basardın.Məndə hər dəfə o gözəl anamın üzündəki təbəssümü görmək,onun tərəfindən öpülmək üçün yaxşı qiymətlər alardım.Amma pis qiymətlər aldığımda belə Ana məni sevdin,mənə dəstək oldun,yenə qucaqladın anam mənim...
Ana həyatımı sənsiz təssəvvür belə edə bilmirəm.Bu dünyada tək yaşama səbəbim sənsən Anacan.Bilirsən Ana böyümək istəmirəm.Çünki böyüdükcə səndən uzaqlaşdığımı hiss edirəm.Yenə sənin balaca qızın olmaq istəyirəm.Yenə istəyirəm əlimdən tutub məni gəzdirəsən.Yeməyimi sən yedizdirəsən.Saçlarımı sən darayıb,sığallayasan.
Bəzən Ana istəmədən səni çox hirsləndirirəm.Dərslərimi oxumuram,sözündən çıxıram,sənə layiqli övlad olmuram Ana.Amma inanki,çox amma çox peşman oluram içimdə vicdan əzabı çəkirəm.Günlərcə səni incitdiyim üçün ağlayıram,özümə ölüm arzu edirəm.Sənə layiq övlad deyiləm,nankoram Ana.Amma sən o böyük Ana qəlbinlə məni bağışlayırsan.
Yadıma düşəndə o xəstə olduğun gün Ana necə ağlamışdım.Günlərcə Allaha dua etdim ki,Allahım Anamı mənə çox görmə.O olmasa mən nə edərəm?Onsuz mən necə yaşayaram?Axı bu dünyada ondan başqa heç kimim yoxdur?
Bəlkə bu gün həyatdayamsa bunu Ana sənə borcluyam.Sən təkcə ana deyil,sən mənə dost,bacı,ata oldun Anam mənim.Heç vaxt məni tək qoyma.Çünki bu yalanlarla dolu dünyada heç kim məni sənin sevdiyin kimi sevə bilməz.
Sənin sevgin əvəzolunmazdır canım ANAM.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi varmı?
loading...