Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DEYE BILERSENMI UREYIMDEN KECEN UC KELMENI?

Deyə bilərsənmi ürəyimdən nələr keçir?

Göydə ulduzlarmı çoxdur,yerdə insanlarmı-deyə bilmərəm.
Bircə onu bilirəm ki,bu çoxluğun içində təkcə səni seçmişəm.
Təkcə səni görmüşəm,təkcə səni sevmişəm.



Həmişə fikirləşirdim ki,mən bu dünyaya ancaq sevmək
üçün gəlmişəm.Elə bilirdim ki,mənim secdiyim oğlan
dünyanın xoşbəxti olacaq.Elə bilirdim ki,mənim sevgim
o qədər gözəl olacaq ki,O seçildiyi üçün qurur duyacaq
.Necə özündən razıyammış.



Yalnız sənə rast gələndən sonra səhv etdiyimi başa
düşdüm.Sən mənə həqiqi sevməyi öyrətdin.
Sən mənə təmənnasız,qarşılıq gözləmədən sevməyi
öyrətdin.Anladim ki,səni seçdiyim üçün mənə yaxşıdır.
Anladım ki,səni itirəndə də ancaq mənə pisdir.
Deməli mən səni seçdiyim üçün sən yox,mən xoşbəxtəm.



Bunu başa düşəndən sonra yaşamaq da
asan olur.Əsl sevənlər necə sevir?

Ana təzə dünyaya gələn korpəsini necə sevir-heç nə
ummadan,heç bir əvəz gözləmədən,ancaq var
olduğu üçün,bu dünyaya gəldiyi üçün sevir.
Qayğısını çəkmək,nazı ilə oynamaq,ən yaxşısı
onunçün olsun deyə düşünür.
Mən səni elə sevdim.



Balaca qızcığaz atasını necə sevir-heç bir şübhəsi olmadan,
tərəddüd etmədən ona güvənir,ona inanır.
Hamıdan güclü,hamıdan qəşəng,hamıdan ağıllı mənim
atamdır deyə düşünür..Uşaq vaxtı o qədər dava
etmişəm ki buna görə.İndi də bu fikirdəyəm.
Ən minnətsiz çörək ata çörəyidir.
Mən səni elə sevdim.



Səni düşünərkən ürəyimdən üç kəlmə söz keçir.

Yox,bu MƏN SƏNİ SEVİRƏM deyil.
Bir dəfə də olsun bu sözlər ürəyimdən keçməyib.
İndi dünən çatda tanış olub hətta adlarını
belə bir birinə səhv deyənlər də səni sevirəm deyir.



Səni düşünərkən dediyim sözləri bəlkə də daha heç
bir oğlana deməyəcəm indən sonra.Bəlkə də nə vaxtsa
uşağıma deyəcəm.Bu sözü hər adam deyə bilməz axı.
Bunu demək üçün yəqin ki həqiqi hisslər lazımdır.
Bunu söyləmək üçün özünü unudub başqasını fikirləşməlisən.
Bunu demək üçün qürurundan keçməlisən.

Səni düşünərkən ürəyimdən 3 kəlmə keçir:



Deyə bilərsənmi ürəyimdən nələr keçir?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?
loading...