Qaranlıq otaq,qulaq uğuldadan sakitliyi pozan saatın səsi…Səni düşünürəm…Sənli günlərimin həsrətindəyəm…Axı nə tez dəyişdi hər şey?...Anlaya bilmədim…Bildiyim bir şey var artıq Sənsizəm…Çox sevərdim ətrafımdakıların razılaşmadığı fikirlər üçün mübahisə etməyi…Tək sənin idin hər sözünü doğru deyə qəbul etdiyim...Nə hikmətsə tək sənə yox deyə bilmirdim…Bir kəlmənə belə etiraz etməyi bacarmırdım..Axı nə ayırdı bizi?Günahkar kimdi bu amansız qətldə???Sənmi?...Mənmi?...Yoxsa ötüb keçən zamanmı?...Kim qıydı bu zavallı,saf sevgiyə?...Heç qəlbin sızlamadımı “Ayrılaq” deyəndə…
Keçmiş günləri yada salıram…”Sənsiz anlarımda belə sanki səninlə nəfəs alıram…Qəlbim deyil sənsən məni yaşadan…”Tanış gəlirmi bu sözlər?...Sən demirdinmi bunları dönə-dönə?...”Ən çox uzun saçlarını sevirəm” deyərdin…Hər güzgüyə baxanda bu sözləri xatırlayardım…Saçlarım dünyadakı ən qiymətli şeyə çevrilərdi mənim üçün…Səndən sonra güzgüyə baxmaz oldum…Hər dəfə güzgüyə baxarkən gördüyüm o uzun saçlar sanki mənə yoxluğunu,sənsizliyimi xatırladırdı…Bəli…Sənin sevgimizə qıydığın kimi mən də o qara saçlara qıydım…
Artıq dəyişmişəm…Gülmür gözlərim…Təbəssüm görünmür dodaqlarımda…
Dəyişməyən bir şey qaldı…Sənə olan məhəbbətim…
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Sevgi varmı?