5 Oktyabr: Bu gün var edildim. Buradayam. Varım. Müdhiş bir duyğu bu. Var olduğumu hələ anam və atam bilmir.
Bir alma nüvəsindən belə kiçiyim. Amma nə də olsa, mən mənim. Varım ya! Bu mənə çatır. Hələ bədənim müəyyən naməlum, yüzüm yox amma, varlığımı və mənliyimi hiss edə bilirəm. Bir qız olacağam və baharda çiçəkləri sevəcəyəm.
19 Oktyabr: Bir az böyüdüm. Tərpənməm mümkün deyil. Anam hələ fərqində deyil amma onun qanıyla bəslənirəm. Ürəyini gəzib gələn isti qan mənə gəlir. Məni sevəcək bir ürəyin tərpənmələrini indidən hiss edirəm. Anam məni çox sevəcək. Anam üçün gözəl bir sürpriz olacağam.
23 Oktyabr: Heç görə bilmədiyim bir əl ağızımı formalandırmağa başladı. Dodaqlarımda onun dokunuşunu hiss edirəm. Bu "əl"in toxunduğu yeyərlər dodağım damağım olur. Düşünün bir il sonra bu əlin toxunduğu yerdə təbəssümlər açacaq, güləcəyəm. Dodağımdan və dilimdən sözlər töküləcək. Hərhalda əvvəl "Ana!" deyəcəyəm. Ana eşidirsənmi məni? Səninlə danışacağam. Sənə güləcəyəm. Kimilərinə görə hələ daha var deyilmişim… Necə olar? Varım və gülücüklər təqdim edəcək dodaqlarım da olmaq üzrə ya… Həm sonra bir çörək qırıntısı nə qədər kiçik olursa olsun yenə çörəkdir. Elə deyilmi anacığım? Ah bir danışa bilsəm!
27 Oktyabr: Bu gün çox xoşbəxtəm. İçimdə şirin bir tərpənmə başladı. Artıq bir ürəyim var. Ürəyim atmağa başladı. Həyatım boyunca belə atıb dayanacaq. Sevgilərlə dolduracağam ürəyimi. Eynilə anamınkı kimi... Anam bədənində iki ürəyin birdən atmağa başladığını bilsəydi nə qədər sevinərdi! eşidirsənmi ana?
2 Noyabr: Hər gün bir az daha böyüyürəm. Qollarım və qıçlarım da formalanmağa başladı. Hələ bir böyüsün qollarım bax necə qucaqlayacağam səni anacığım. Bu ayaqlarım da tamamlansın da, birlikdə çiçəkli bağçamızda gedərik. Bəlkə birlikdə məktəbə gedəcəyik.
12 Noyabr: Ah bəli… Bunlar, bunlar nə qədər sevimli və kiçik şeylər. Aman Allahım barmaqlarım da çıxmağa başladı. Bunlarla çiçək yığacağam, anamın əlini tutacağam, qələm tutacağam. Bəlkə də gözəl bir şeir yazacağam. Anacığım, oradasanmı? Əllərimi əllərinin arasına qoymaq üçün səbirsizlənirəm.
20 Noyabr: Oh, nəhayət.. Anam həkimə getdi. Burada olduğumu öyrəndi.. Yaşasın! Həkim xala xüsusi bir cihazla gördü məni. Ultrason deyirlərmiş. Şəkilimi belə çəkdi. Sevinmirsənmi anacığım? İlə qalmaz qollarının arasında olacağam…
25 Noyabr: Artıq atam da burada olduğumu bilir. Lakin hələ qız olduğumun fərqində deyildirlər. Onlara sürpriz edəcəyəm..
10 Dekabr: Bu gün yüzüm tamamlandı. Artıq iki gözəl gözüm, bir kiçik burnum, dodaqlarım və yanağım var… Anama bənzəyirəm yəqin…
13 Dekabr: Artıq ətrafıma baxa bilirəm. Ətrafım çox qaranlıq amma olsun. Yenə də xoşbəxtəm. Yaşayıram və varım. Qısa bir müddət sonra gün işığını görə biləcəyəm, rəngləri və çiçəkləri tanıyacağam. Yuxumda gördüm. Dünyada gökkuşağı deyə bir şey varmış.. Onu çox maraqlanıram.. Anacığım, atacığım sizin yüzünüzü də görəcəyəm. Tanış olacağıq…. Xoşbəxt olacağıq. Gülüşəcəyik..
24 Dekabr: Qulaqlarım daha yaxşı eşidir artıq. Anacığım, sənin ürəyinin səslərini eşidirəm. Mənim ürəyimin atışlarını da sən eşidə bilirsənmi? Hətta səsini belə tanıya bilirəm. Səsin nə qədər şirin… Heç eşitmədiyim bir şey bu… Gözəl və sağlam bir qız olacağam. Qollarında yatacağam, yüzünə baxacağam, o şirin səsini dinləyəcəyəm. Mənim üçün ninni də söyləyəcəksənmi anacığım? Sən də mənim üçü darıxırsan mütləq… Məni iyləyəcəksən.. Çox sevəcəksən, deyilmi?
28 Dekabr: Ana burada bir şeylər olur. Həkim bacı niyə bədbəxt baxır belə... Sən ağrılı çəkir kimisən. Ürək səslərin dəyişdi... Susdun. Mənimlə niyə danışmırsan ana? Ana… Ana… Anacığım… Üzümdə soyuq bir şey hiss edirəm. Ana, üzümü parçalayırlar... Ana bir şeylər et… Ana… Qolumu çəkirlər ana… Canım yanır ana... Ana… Ayaqlarımı parçalayır bu şey ana... Məni sənə bağlayan damarı qopardılar ana… Ana ürəyimi parçalayırlar… Anacığım… Ana… Ana… An…
Həkim: işimiz tamamlandı xanım-əfəndi. Keçmiş olsun ..!
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Sevgi varmı?