Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dialoq

Bu dialoq bəlkə də çoxlarına tanış gələcək. Saytda iki nəfər, qız və oğlan söhbət edir. Mötərizədə yazılanlar deyilənlər yox, demək də istəyib, deyilə bilməyənlərdir.

_ Salam.
_ Salam.
_ Səni gördüyümə şadam.
_ Mmmm ( mən də çox şadam)
_ Nə iş görürsən?
_ Heç nə, sənlə danışıram. (Sənin gəlişinə sevinirəm)
_ İşlərin necədir?
_ Yaxşıdır, sən necəsən? (pisdir, sənsiz hər şey pisdir)
_ Əla! ( mənə sənsiz pisdir, amma görürəm səndə hər şey əladır)
_ Nəsə demək istəyirdin? ( mən ona lazım deyiləm)
_ Yox, sadəcə hal-əhval tutmaq istəyirdim. ( görüşə dəvət etmək istəyirdim)
_ Daha sözün yoxdu ki?
_ Yox.
_ Gedirsən? ( getmə, səni hələ də sevirəm)
_ Aha. Işlərim var. ( qalmaq və səninlə danışmaq istəyirəm)
_ Hələlik. (ağlayır)
_ Hələlik.( siqaret yandırır)


Tarix: 30.10.2012 / 23:43 Müəllif: [Ram] Baxılıb: 869 Bölmə: Sevgi varmı?
loading...