Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Her üey Cox Cetindi

Doğuldum, ağladım, həyatdan qorxdum. Yıxıldım, ağladım, ağrıdan qorxdum. Böyüdüm, ağladım, sevgidən qorxdum. Daha ağlamıram, ya gözümdə yaş bitib, ya da ürəyimdə qorxu. Bəlkə marağım itib. Bir onu bilirəm ki, çox öyrəşdim pisliklərə. İnsanlara. Nədənsə pis insanlar həmişə qarşıma çıxıb. İlk dəfə həyatıma girən o insan, Sevdim Sevdim dedi varlığı, amma dili gecikdi. Susdu və gecikdi. Qarşılıqsız sevdik. Qarşılıqlı olan bir sevgidə qarşılıqsız sevdik. Allah birini alırsa, biri verir deyərlər. Amma o mənə verdiyi daha çox üzdü məni. Çünki o biri mənim incəliyimi,mənim gözəlliyimi əlimdən aldı. Ən çox qoruduğum namusumu aldı əlimdən. Yox, almadı. Mən verdim.
Bunu görən Allah, nəzərini məndən çəkdi. Üzümə baxmadı, dualarımı dinləmədi. Ağlımı əlimdən aldı, sevincimi əlimdən aldı. Mən də başqa şeylərdə axtardım bu sevinci. Dedim bəlkə bu kədəri zəhər yuyub aparar. Aparmadı. Ya bəlkə tüstülərə bürünüb keçər bu ağrılar. Keçmədi. Nədənsə Keçmədi. Nədə axtarım axı bu sevinci...məni bu həyata bağlayan bu xırda bir hissi...Heç Allah da eşitmirdi məni...
Özümə bir dost tapdım. Ürəyimin ən xırda damarlarında yaşayırdı, o gizli idi. O tək mənə aid,o tək mənə aid. Amma ona da deyə bilmədim, utandım. Həyatımı açıb deyə bilmədim. Deyə bilmədimki qıraqdan baxanlar mənə nə kimi sözlər deyir. Amma son da söylədim. Amma mənə qarşı çıxdı. Bilirsiz, deyirlər Allah səni özündən qorusun. Allah məni qorumadı özümdən. Beynim intihar etdi. Beynim öldü, amma O ölmədi. Yavaş yavaş alırdı canımı. Ürəyimnən başlayaraq yeyirdi məni yavaş yavaş..sevdiklərimdən ayırdı, pisliklər yaratdı, sevgilər dağıtdı... Artıq ürəyim də intihar etmişdi. Nə seks kömək edirdi, nə içki nə də siqaret. Nə musiqi, nə insan, nə hava. Ümidlərim də hamısı köçüb getmişdi. Bu qədər xaosa dözmədi. Mən amma oturdum, Allahı gözlədim. Bəlkə yolu burdan düşə dedim...oturdum gözlədim. Günlərlə oturdum, bəzən həftələrlə. Sonra axtarışına çıxdım. Amma harda axtardımsa, tapmadım..
Yox, o məni eşitmirdi. Məni istəmirdi. İçimin boşluğu mənə ağır gəlirdi. Onda anladım. Depressiya bax budur. Boşluqların ağırlığı...dünyanın ən pis ağrısı, ən çətin dərdi. Kaş xərçəng olub olerdim Hər şey çox çətindi, doğrudan çox çətindir. Amma ən çətini odur ki, bu bir doğru hekayədir.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Sevgi varmı?
loading...