Həsrətindəyəm....
Yoluna baxıram hər saat, hər an
Cəmalın əqlimdə, gülüm,hər zaman.
Ceyran baxışına vurğunam inan
O, qara gözlərin həsrətindəyəm.
Gəzərdik biz qoşa çölü, çəməni,
Bəzərdi gül, çiçək, gülüzlüm,səni.
Süzgün baxışlarla süzərdin məni
O, qara gözlərin həsrətindəyəm.
Heç solmaz, sanardım, o qumral üzün,
Dəyməzdi xətrimə ən acı sözün.
Gözünə heyrandım, deyim lap düzün,
O, qara gözlərin həsrətindəyəm
Nə deyir, desinlər, əldən qoymaram,
Eşqimə sadiqəm, geri durmaram.
Qara gözün seyr etməkdən doymaram
O, qara gözlərin həsrətindəyem
Tarix: 27.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Sevgi şerləri
loading...