Aşiq olmadan əvvəl, oxu:
Tam sinənin ortasında bir yerin ağrıyacaq...Evinin səni içinə sığdıra bilməyəcək qədər dar olduğunu fərq edəcəksən...
küçəyə atılacaqsan...
küçələr də dar gələcək...
eynilə bədəninin ürəyinə dar gəldiyi kimi...
nə dənizin mavisi açacaq içini, nə tərtəmiz səma...
özünü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksən...
Bəziləri sənə bir şeylər izah edəcək dayanmadan..." əhəmiyyətli olan sağlamlıqdır ", " yaşamaq gözəldir " , " boş ver, hər şey unudular." Sən heç birini eşitməyəcəksən... Gözyaşlarından ətrafı görə bilməz hala gələcəksən... Ondan ölməsini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksən...
Həmişə ondan bəhs etmək istəyəcəksən... " ölümə çarə tapıldı" ya da "sabah qiyamət qopacaqmış" desələr başını qaldırıb "nə dedin?" deyə soruşmayacaqsan... tək qalmaq istəyəcəksən... həm də izdihamların arasında itmək...
İkisi də çatmayacaq..keçmişi düşünəcəksən..Haradasa dəqiqə dəqiqə...Amma pisləri atlayaraq...Onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən...getdiyin yerlərə getmək...bu sənə heç yaxşı gəlməyəcək...
Amma bilə-bilə edəcəksən...biri sənə içindəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsan...Əslində xilas olmaq istədiyin halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksən..
Tarix: 04.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Sevgi şerləri