Əzab
Sən yuxu sandığın məhəbbəti
Gün gələr özgələr yozarlar, əlbət.
Mən ölsəm, sevgilim, bil ki, sən qəti
Qəlbində qəbrimi qazarlar, əlbət.
Mən ki, gizli sevdim hər zaman səni
Sormadım haçandı, hansı fəsildi.
O gün ki, istədim sevməyim səni
Ürəyim özümə düşmən kəsildi.
Mən sənə deməkçün əl açıb göyə
Hələ deyilməmiş söz istəyirəm.
Hər yerdə mən səni qoy görüm deyə
Allahdan əlavə göz istəyirəm.
Əsirgəməz bir fəsillik ömrünü
Çəməndə gül-çiçək səndən ötəri.
Cismim torpağındır, ruhum göylərin
Yaranmış bir ürək səndən ötəri.
Eh, fikir-xəyalım çıxıb özümdən
Hey sənin arxanca düzülüb gedir.
Bir damla göz yaşı qopsa gözümdən
Bil ki, o, mənəm üzülüb gedən.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi şerləri
loading...