Ellerin Elime Deymeyeydi Kash...
Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək əvvəlki tək sən urəyi daş,
Elə əvvəlki tək saymaz olaydın…
Bu istilik hardan, sən ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün?
Sən mənə əlçatmaz bir ulduz idin,
Goylerden qolumun ustune dushdun.
Bu da vüsal günü… Yox, sevinmirəm,
Indi darıxıram bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün?
Ötən günlərimə bir ümman dedim,
Boşalib ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur…
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri
loading...