Ne Isteyirsen... ?!
Intizar ayrılıq həsrət qəmiyem
Ömürlük talanam nə istəyirsən
Dəryalar içində batan gəmiyəm
Cismimdə yalanam nə istəyirsən?!
Məhv olmuş arzular intiqam aldı
Həvəsin istəyin ayrılıq saldı
Bu könül sarayım viranə qaldı
Bir itgin zamanam nə istəyirsən?!
Qelemden qəm alan kağızlar ağlar
Fəryadı ucalar fəryadı çağlar
Sağalmaz köksümdə sən çəkən dağlar
Dünəndə qalanam nə istəyirsən?!
Tükənməz qüssəli kədərli sözüm
Təməli həsrətdi bitməz bu dözüm
Lal oldu kədərim lal oldum özüm
İçimdə yananam nə istəyirsən?!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi şerləri
loading...