Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yox Oldu Mehebbet,oldu Mehebbet...

Bu gecə deyəsən başqa bir gecə
Əllərin əlimdə titrəyir niyə?
Nə soba istisi, nə qəlb istisi
Hərarət gətirmir bu gün sevgiyə.

Sən indi dəyişdin, sən indi necə
Bir gözün qəhərdi, bir gözün kədər,
Erkəndən düşdüsə əgər bu gecə
Yaxşıya oxşamır açılan səhər.

Gözlərim dikəlib gözündə yaşa
Qəlbimi bir soyuq baxış üşüdür,
Üzündə yaranıb qorxunc tamaşa
Bu gün sevgimizin ən son günüdür.

Ən acı gün oldu bizimçün bu gün
Tərk etdi bədəni yox oldu ruhum,
Mən səni unutdum deyək,məsəlçün
O sənli günləri necə unudum?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri
loading...