Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getmə Sevgilim

Gözümdə yaşlarla buraxıb məni

Əlvida deyərək getmə sevgilim

Bir anlıq hirslə yıxma hər şeyi

Ürəyinə soruşmadan getmə sevgilim

Ağladar mahnılar susdura bilməzsən

Çətin gəlir ayrılıq alışa bilməzsən

Canlanar xatirələr unuda bilməzsən

Ürəyinə soruşmadan getmə sevgilim

Xoşbəxtlik gətirməz vəfasız illər

Təsəlli verməz ki baxdığın fallar

Qürur dağlarından aşılmaz yollar/göndərər

Ürəyinə soruşmadan getmə sevgilim


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi şerləri
loading...