Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

¿?___KuSmuSeN MeNdeN___¿?

Eşitdim, sevgilim küsmüsən məndən?
Qaçırma bülbülü öz çəmənindən.
Mənimlə düz dolan, küsərəm səndən,
Məndə Dostluq da, var biganəlik də.

Bir Sənsən bu məcnun könlümə uyğun,
Sənin camalına olmuşam vurğun,
Hər Leyli eşqinə deyiləm Məcnun,
Məndə kamal da, var Divanəlik də.

Bütün bu dünyani gəzdim dolandım,
Bir səni özümə vəfalı sandım,
Sən gəzdin özgəylə, od tutub yandım,
Məndə atəş də, var Pərvanəlik də.

Əzəldən demişəm səninlə yaram,
Yolunda ölsəm də, bil, bəxtiyaram,
Dediyim sözümdə mən yenə varam,
Məndə kəclik də, var, mərdanəlikdə.

Vahid, bu bir sözün min lələ dəyər,
Mənə gərək deyil nə sərvət nə zər!
Təbim xəzinədir, sözlərim gövhər,
Məndə gənclik də, var, piranəlikdə.


Əlağa Vahid.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 170 Bölmə: Sevgi şerləri
loading...