Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi,
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;
" o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən - baxarsan,
O üzüyü götürərsən - baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən..ardi var...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 190 Bölmə: Sevgi şerləri