Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu sevgi

Bu sevgi nə təhər sevgi,
Bu dərd necə dərddi, Allah.
Gedən yollara baxmaqdan
Daha gözüm dörddü, Allah !

Bir ürək yox sığınmağa
Bir qapı yox açım daha
Daş yamanıb ayrılığa
Üzü yaman bərkdi, Allah !

Ömür qəmə ortaq oldu
Bir yamanlıq çıraq oldu
Baxt bir ovuc torpaq oldu
Gözlərimi örtdü axır
Gözlərimi örtdü, Allah !


Tarix: 26.12.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Sevgi şerləri
loading...