Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaqlasmisam

Deyirdin sevənlər əsla ayrılmaz
Ayrıldıq səninlə niyə, sevgilim?
Sevən sevdiyinin könlündən çıxmaz
Mən bunu bilmirdim, eh... hardan
bilim...
Nə qədər etdimsə olmadı mümkün,
Eşqini könlümdən uzaqlaşdırmaq
Sənsiz yaşayıram həyatdan küskün
Nə yaman çətinmiş səni unutmaq...
Sənsizəm... ömrümün payız çağıdır,
Kaş ki bu ömrümə bahar gələydi.
Həsrətin bağrımı didib-dağıdır
Sevgin ürəyimdən kaş silinəydi...
Sənsiz bu dünyada qalmaq çətindir,
Elə bilmə həsrət bir əyləncədir
Məni yaşadan da məhəbbətimdir,
Sənli xatirələr bil, işgəncədir.
Buludam... dumandan, çəndən
ayrıldım...
Sənsiz dəyişmişəm, başqalaşmışam,
Elə ki əzizim, səndən ayrıldım,
Mən özüm özümdən
uzaqlaşmışam...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Sevgi şerləri
loading...