Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aglayiram Zulum Zulum..

Uzandıqca tükənməyən yollar mənəm
Bir fikirəm bir ürəyəm bir qəm baxış
Küləklərdən söz göndərmə, ün yetirmə
Saçındakı yağış mənəm naxış naxış

Düşündükcə ürəyindən keçər özüm
Kövrəlirsən... ağlayıram zülüm zülüm
Sən bu ömrün o tayında bir ömürsən
Keçir illər gələcəyəm səndə ölüm

Nağıl kimi yuxulara köçür ürək
Çağır məni bircə anlıq gəl görüşə
Bir sözünlə qanad alıb uçur ürək
Gəl vəfadar xəstə düşüm hər dönüşə

Leysan kimi yağdıracam sözlərimi
Ürəyinin sözsüz yeri qalmayacaq
Divanədən başqa kimsə duymaz səni
Bir kimsənin könlü dəli olmayacaq


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi şerləri
loading...