Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BƏZXTSİZ BƏXTƏVƏR

Görənlər hüsnünü xoşbəxtdir deyir,
Kim bilir qəlbində nələr çəkirsən?
Boylu buxunlusan, sözü şirinsən ,
Niyə ürəyində qəmlər əkirsən?.

Hamı tək sənin də arzuların var,
Öz evin,öz ailən,körpə uşaqlar..
İçində borandır, çölündə bahar,
Paltar yox ,əyninə kədər bükürsən.

A bəxtsiz bəxtəvər, küsmə həyatdan,
Hamiya bir gözlə baxmayır dövran..
Bütün mənalarda bir xoşbəxt insan
Tapmaq müşkül işdir,nahaq hürkürsən...

Həyata keçməıyir hər vaxt arzular,
Həyatda doludur leysan ,boran ,qar...
Hər kəsin öz bəxti,öz qisməti var,
De niyə gözündən qan-yaş tökürsən???
İncimə Əlidən,sözüm haqq sözü,
Daha xəyallara gəl dikmə gözü...
Sənə göstəribsə həyat tər üzün,
Bəxtsiz bəxtəvərim, bunla barış sən


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri
loading...