Sən demə yenidən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözlü yaşlı gedən məhəbbət
Peşiman peşiman döne bilərmiş.
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.
Köhnə yaraları zaman vaxt silir
Kəsilən budaqla ölən agaclar
Təzə pöhrələrlə dirilə bilir.
Sevgi fürsət deyil quş kimi uça
Ya da sən qovasan o səndən qaça
Çıxarsan qəlbindən ötən sevgini
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin
İlk sevgi yuvadan uçan quşcuğaz
Köhnə qanadlara pöhrələnməyib
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir bir dəfə sevilir insan
Sən demə hər zaman sevmək olarmış ...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi şerləri