Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimdən Gizlədirik Bu Məhəbbəti?

Könlüm səni duyan hər günə aşiq
Bülbül min çiçəkli çəmənə aşiq
Sən məni sevirsən, mən sənə aşiq
Kimdən gizlədirik bu məhəbbəti?

Xəyal göylərində azırıq niyə?
Həsrəti ömürə yazırıq niyə?
Üz-üzə gələndə susuruq niyə?
Kimdən gizlədirik bu məhəbbəti?

Bir sevgi duyulur sözlərimizdə
Hər yolda, cığırda, izlərimizdə.
Qəlbimiz oxunur gözlərimizdən
Kimdən gizlədirik bu məhəbbəti?

Qəmimiz ah olub dağları aşmır,
Sevinc bizdən ayrı gəzib dolaşmır.
Axı sevənlərə yalan yaraşmır
Kimdən gizlədirik bu məhəbbəti?

Baş alıb yol gedir, yolu haradı?
Bəlkə də yolunda qəmlər sıradı
Kimin qarşısında üzü qaradır?
Kimdən gizlədirik bu məhəbbəti?

Başımız üstündə küləklər əsir,
Könlümüz vüsala coşur, tələsir
Tanrıdan sirr deyil, bəndədən nə sirr
Kimdən gizlədirik bu məhəbbəti?.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...