Məni sevdiyini gizləmə məndən
Məni sevdiyini gizləmə məndən.
Gözlərin deyir ki,sevirəm səni.
Hər görüşdə tir-tir əsir ayağın,
Dizlərin deyir ki,sevirəm səni.
Məni sevdiyini gizləmə məndən.
Burax qürurunu sən bir kənara.
Tut əllərimdən,sıx məni köksünə
Boya sözlərinlə qəlbimi nura.
Məni sevdiyini gizləmə məndən.
Ya birdəfəlik çıx get,ya mənim ol.
Gözümlə qəlbinə yollar çəkirəm.
Məni sənə doğru aparır bu yol.
Məni sevdiyini gizləmə məndən.
Bağlanıram sənə mən,hər gün bir az.
Az süründür addım-addım arxanca,
Nədir axı yersiz bu işvə,bu naz?
Tarix: 26.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Sevgi şerləri
loading...