Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayı və Oruc

Oruc ayı olan Ramazan , fəzilətli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Nail olduğumuz saysız nemətlərin qədrini xatırladan bu ayda Haqq Təalanın əmr etdiyi oruc neməti ilə qovuşuruq.

Oruc, fəzilətli və həqiqi qayəsi daimi bir ibadət şüuru içində nəfslə mübarizə apamaq və nəfsin təsirini zəiflətməkdir.Oruc, həyat mübarizəsində zəruri olan “səbr, iradə, nəfsani arzulardan uzaqlaşmaq” kimi halların təlimi ilə əxlaqımızı kamilliyə çatdırır. Bu ibadət, nəfsin bitib-tükənməyən arzularına qarşı insanın şərəf və ləyaqətini qorumaq üçün bir qalxandır.

Oruc; sahibini, Əzmi-səbat, qənaət, riza, mətanət, səbr kimi əxlaqi gözəlliklərə çatdırmağın fəziləti ilə yanaşı məhrumiyyət və aclıqla nemətlərin qədrini xatırladır və bu vəsilə ilə yoxsulların hallarını düşündürüb onlara mərhəmət və şəvqət hissləri ilə ürəklərimizi doldurur.Şükrani duyğuları canladırır. Bununla bərabər oruc, sosial həyatdakı kin, qısqanclıq, həsəd kimi rahatlığı pozan mənfilikləri aradan qaldıran ilahi bir əmrdir.

Əshabın oruca qarşı çox böyük rəğbətləri vardı. Onlar, təhəmmülü çətin olan isti günlərdə hətta nafilə oruc tutmağa səy edərdilər. Bir qisminin günəşin istisindən qorunacaq ölçüdə geyimləri belə yox idi. Əlləri ilə günəş işığından qorunurdular. Bütün bunlara rəğmən böyük bir mənəvi həzz və ləzzət içində nafilə oruclarını davam etdirirdilər.

Şakiki Bəlhi buyurur:

“İbadəti layiqincə ifadə edə bilmək, bir sənətdir. Onun qazanc məkanı, xəlvət; vasitəsi isə aclıqdır.”

Həzrəti Loğman, oğluna belə nəsihət edərdi:

“Mədən doyanda, fikrin yuxuya dalar, hikmət susar, əzalar ibadətdən geri qalar.”

Vəlilərdən biri belə deyərdi:

“Dürlü, dürlü yeməklərlə mədəsini fəsada uğrayan zahiddən Allaha sığınıram.”

Sayılan günlərdən ibarət olan oruc, yenə sayılan günlərdən ibarət olan həyatımıza incəlik, dərinlik və zərafət qazandırır.

Çünki, toxluq, nəfsani arziları təhrik edərkən; aclıq təfəkkürü gücləndirir.

Bununla yanaşı oruc, bir ibadət olduğundan, sırf o məqsəd ilə icra olunmalıdır. Onun faydaları məqsəd halına gətirilərsə, artıq oruc ibadət olmaz. Belə oruclarda rizayi-ilahi düşünülmür. Bədən hərəkətinin faydasını düşünərək və ya qəflət içində qılınan namazlar da bu qəbildəndir. İbadətlər, yalnız rizayi-ilahiyyə üçün edilir. Bu məqsədin gerçəkləşməsi üçün, qəlbin səviyyə qazanması, cəhalətdən qurtulub kamala çatması zəruridir.

Ramazanda Həzrəti Peyğəmbər –səllallahu aləyhi və səlləmin tövsiyə etidiyi bəzi xüsuslara diqqət yetirmək gərəkdir:

1. İstiğfar və zikr
2. Cənnəti qazanmaq üçün bolluca saleh əməllər
3. Cəhənnəmdən qurtulmaq üçün haramlardan qorunmaq
4. İmkan daxilində xeyir işlər görmək, qırıq və məzlum qəlblərin duasını qazanmaq
5. Oruclu insana iftar vermək və s.

Ramazan ayı, möminlərə fəzilət və yetkinlik qazandıran ilahi bir rəhmət mövsümüdür. Oruclu insan yeməməyə diqqət etdiyi kimi, dilindən çıxan hər kəlməyə də diqqət yetirməlidir. Dedi-qodu və kimisə incitməkdən özünü qorumalı və orucun fəzilətini azaltmamalıdır.

Allah Rəsulu –səllallahu aləyhi və səlləm- buyurur:

“Oruc, orucluya yaraşmayan bir şeylə zədələnmədikcə (tutan üçün) bir qalxandır.”
Deyildi ki:
“(Oruclu) onu nə ilə zədələyə bilər?”
Buyurdular:
“Yalan və qeybətlə ...” (Nəsai; Mucəmul-Əvsad)

Çünki yalan və qeybət sahibləri, gündüzlər halal ruzilərdən nəfslərini məhrum edərək oruc tutarlar, ancaq yalan və qeybətlə insan əti yeyərək mənən haramla iftar etmiş sayılırlar.

Yəni qeybət edib yalan söyləyərək oruclarını mənəvən zədələyənlər, orucun həqiqi bir qisim yüksək fəzilətindən tamamilə məhrum olurlar.

Bunun üçün, dünya məqsədləri ilə bulandırılmış, riya, göstəriş və qəflətlə çirklənmiş oruclar və namazlar haqqında Hz.Peyğəmbər –səllallahu aləyhi və səlləm- belə buyurmuşdur:

“Elə oruc tutanlar vardır ki, onlara orucdan quru aclıqdan başqa bir şey qalmaz!. Gecələr elə namaz qılanlar olur ki, (təravih və təhəccüd) qılanlar olur ki, namazlarından onlara qalan yalnız yuxusuzluqdur.” (Təbərani)

Namazlar, xüsusən təravih və təcəhhüd, qəlbə rahatlıq verir. Bu mübarək ayda namazlara daha etinalı yanaşmalı, Qurani Kərimi xuşu ilə oxumalı, çoxlu zikr etməli, zəkat və sədəqə ilə də vicdan rahatlığına qovuşmalıyıq.

Oruc və Quran arasında incə bir rabitə və dərin bir yaxınlıq vardır.

Həzrəti Peyğəmbər –səllallahu aləyhi və səlləm-:

“Orucla, Quran qiyamət günü qula şəfaət edəcəkdir. Oruc, səbrin yarısıdır.” buyurmuşdur.

Orucun əcri yalnız Allah qatında məlumdur.Qüdsi hədisdə buyurulur:

“Adəm oğlunun hər əməli və hərəkəti özünə aiddir. Oruc isə belə deyil! Çünki, o mənim üçündür. (Çünki, mən yemərəm, içmərəm və bütün bəşəri sifətlərdən münəzzəhəm.) Mən, onun mükafatını (xüsusi bir şəkildə) bol-bol verəcəyəm.”
Bu hədisi-qüdsinin ardından Rəsulullah –səllallahu aləyhi və səlləm-, belə buyurdu:
“Oruclunun sevindiyi iki vaxt vardır:
1. İftar etdiyi zaman (Cənabi Haqqın nemətlərinə qovuşduğu üçün) sevinər.
2. Rəbbinə qovuşanda da oruc bərəkətiylə nail olduğu yüksək dərəcə üçün sevinər.” (Buxari)
Göründüyü kimi, Allahu Təalanın oruca verəcəyi mükafat və qarşılığı, gizli qalmışdır. Oruc, nemətlərin qədrini bilən, şükrani hissləri oyandıran, yoxsulların, çarəsizlərin halını anlamaq şüurunu verən, nəfsani arzu və istəkləri acizləşdirən, maddənini əsarətindən qurtarıb “səbr” adlanan ən yükək axlaqa çatdıran bir ibadətdir.

Oruc və namazın ifasının qəbulunda qəlbin səviyyə qazanması, yəni “xuşu” şərtdir. Namazlar sürətlə qılınaraq həzm vasitəsi olmamalıdır.
Ramazan həqiqətinə varmaq üçün o mövsümə məxsus olan ğufran yağmurlarından istifadə zəruridir. Ancaq təqva nəşəsi ilə şükran və ğufran fəslini dadmaq olar. Peyğəmbərimizi (s.a.v.) buyurur:
“Ramazan ayı girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır. Şeytanlar zəncirə vururlur.” (Buxari, Müslim)
Yəni bəşəri cinayətlər və günahlar, gerçək oruc tutanlarda ən aşağı səviyyəyə enir. Şeytanın şəri bitir... Ancaq nəfsin şərinə qarşı diqqəli olmaq gərəkdir...
Hədisi-şərifdə buyurulur:
“Cənnət ildən-ilə Ramazan üçün bəzənərək deyər:
”Allahım! Bizim üçün bu ayda qullarından bizdə qalan insanlar qıl!” (Təbərani)
Yenə Rəsulullah –səllallahu aləyhi və səlləm- buyurur:
“Oruc tutun ki, səhhət tapasınız!” (Təbərani)
“İftarda tələsin; səhuru gecikdirin!..”

Oruclarımızı zədələyən bütün şeylərdən şiddətlə qaçmaq gərəkdir. Hədisi-şərifdə buyurlur:
“Oruc sadəcə yemək, içmək və sairədən kəsilmək deyil. Kamil və savablı oruc, faydasız sözdən, boş vaxt keçirməkdən, pis söz söyləməkdən (dedi-qodu) və nəfsi-əmmarənin bütün pisliklərindən uzaqlaşmaqdır. Biri səni söyər, yaxud sənə qarşı cahilcə hər hansı bir hərəkət edərsə, öz-özünə: “Şübhəsiz ki, mən orucluyam” de və səbr et” (Hakim, Bəyhaqi)
Ramazanın bir adı da şəhrus-səbrdir. (səbr ayı)
Səbr, gözəl əxlaqın ağırlıq mərkəzidir. İmanın yarısı, səadətin açarıdır. Cənnət nemətlərinə qovuşduran böyük bir nemətdir.
Din və əxlaqda səbr, xoşa gəlməyən və iztirab verən hadisələr qarşısında müvazinəti pozamadan sükunətə bürünmək, Haqqa təslim olmaqdır.
Ənbiya və övliya, səbrlə Allahın yardımına nail oldular. Onlar bizim örnəklərimiz olmalıdır.
Səbrin dünyəvi tərəfi acı, axirət tərəfi isə çox parlaqdır. Səbrin əzablarını sinədə çəkənlər, əbədiyyət dövləti olan cənnətə və Allahın rizasına qovuşarlar.
Hər bir halda Allahın əmr və qadağalarındakı nemət, hikmət və ilahi mükafatları düşünmək, səbri asanlaşdırır.
Oruclarımızın daha fəzilətli olması üçün “səhur, təravih, zikr, Quran və dua” kimi mənəvi istinadlardan ləzzət almaq zəruridir.
İftar zamanı da, duaların qəbul olunduğu bir zamandır. Həzrəti Peyğəmbər –səllallahu aləyhi və səlləm- buyurur:
“Kim bir orucluya iftar verərsə, oruclunun əcri kimi -oruclunun savabından heç bir şey əksilmədən- əcr alar.” (Tirmizi)
Nafilə oruclarda başqa bir həssaslıq vardır. Qulların əməlinin əsası sidqdir. Bu da niyyətin xalisliyi və nəfsin təzkiyəsi nisbətindədir.
Bu xüsusda nafilə orucu tutmaq, gərəkdirsə oruc tutmayanların israrı ilə nafilə orucunu pozmaq, gərəkdirsə pozmamaq şəklində sağlam bir niyyətə bağlı olan hər əməl əfdaldır.
Əbu Səid -radıyallahu anh- buyurur:
“Mən Rəsulullah –səllallahu aləyhi və səlləm- və əshabı üçün yemək hazırlamışdım. Yeməyi özlərinə təqdim edəndə, aralarından biri çıxıb mən orucluyam dedi. Bu zaman Allahın Rəsulu –səllallahu aləyhi və səlləm-:
“–Qardaşınız sizi çağırdı və sizin üçün hazırlıq etdi. İndi sən orucluyam deyirsən. Orucunu poz və onu başqa günə qəza et!” (Tirmizi, Əbu Davud)
Əməllərin dəyərləndirilməsi Allaha aiddir. Ömrün xeyirlisi, onun yanında keçən və uğrunda xərclənəndir. İnsan, məzara endirilərkən fani həyatın ancaq xatirələri ilə dəfn olunur. Məzarlar, əməl-salehdən başqa heç bir şeyin girmədiyi məkanlardır.
“Mömin öldüyü zaman, namazı başının üstündə, sədəqəsi sağında, orucu çiyinində olar.” hədisi-şərifi, bunun ən gözəl bir dəlilidir.
Allahın sonsuz kərəmindən umulur ki, Həzrəti Peyğəmbər –səllallahu aləyhi və səlləmin buyurduqları bizlərin mübarək Ramazan ayının daha çox qiymətini bilməyimizə, ona daha çox dəyər verib daha çox savab işlər görməyimizə və daha az günaha girməyimizə səbəb olur.

Günlərimiz mübarək, Ramazanımız məqbul olsun!..
İstiqbal möminlərindir...


Tarix: 04.05.2013 / 18:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 532 Bölmə: Ramazan
loading...