Varaz Trdat - Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il İstanbulda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər. Yerinə oğlu II Vardan keçdi. Ölüm tarixi məlum deyil.
Ailəsi
Varaz Trdat xalkedonçu Sparama ilə evlənmişdi. Övladları:
Qaqik - 694-711ci illər arası Bizans sarayında girov idi.
Vardan - 694-711ci illər arası Bizans sarayında girov idi.
Tarix: 02.02.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Qafqaz Albaniyası