Hovannes
Hovannes (doğum və ölüm tarixləri bilinmir) – Xaçın knyazı. Səhl ibn Sunbatın böyük oğlu və varisi. 838 – ci ildə atası Səhl ibn Smbat tərəfindən tutulmuş Babək Xürrəmini ərəblərə təhvil vermişdir. Onun adından yazılmış və 853-cü ilə aid edilən kitabə dövrümüzə çatmışdır. Bir müddət sonra Hovannes və qardaşı Atrnerseh (ərəb dilli mənbələrdə Adərnərsə) Ərəb Xilafətinə xəyanətdə günahlandırılaraq Babəkin edam edildiyi Samirə şəhərinə aparılmışlar. Samirədən yalnız Atrneseh qayıtmış və hakimiyyəti ələ almışdır. Bəzi mənbələrdə Səhl ibn Smbatın varisinin kiçik oğlu Atrnerseh olduğu qeyd edilir.
Tarix: 30.01.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qafqaz Albaniyası
loading...