Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katolikos XI İohannes

Katolikos XI İohannes — Albanların LXXXXI yaxud LXXXXII katolikosu.

Katolikosluğu
Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu.


Tarix: 30.01.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Qafqaz Albaniyası
loading...