Ayaq masajını və gərmə məşqlərini ayaqlarınızı dikdaban ayaqqabılara hazırlamaq üçün ya da yorucu bir günün sonrasında tətbiq edin. Əvvəl ayaqlarınıza masaj edin. Bir ayağınızı qucağınıza alaraq barmaqlarınızla ayağın altını, topuğunuzu dərininə ovun.
Barmaqlarınızı ayaq barmaqlarına keçirin və ayağınızı biləkdən sola və sağa döndürərək biləyinizi rahatlaşdırın.
İki əlinizi ayaq biləyinizə möhkəmcə sarın, əllərinizi tərs istiqamətlərə doğru hərəkət etdirərək ayaq biləyindən başlayaraq bütün ayağa irəli geri masaj edin.
Əlinizin baş barmağı və işarə barmağıyla ayaq baş barmağınızı qavrayın və nəzakətlicə çəkib barmağın sonuna doğru buraxın. Bütün ayaq barmaqlarınız üçün tətbiq edin.
Ayaqlarınızı bir-birinə paralel topuqların üzərində yerə qoyun, barmaqlarınızı içə doğru qıvıraraq və yeri ayağın ön qisimi ilə itələyərək önə doğru ayaqlarınızı qaldırın. Gedə bilməyəcəyiniz nöqtəyə gəldiyinizdə eyni şəkildə bu dəfə ayaqlarınızı geriyə doğru barmaq və topuqlarda hərəkət etdirin. (Hərəkəti anlamaq üçün bir tırtılın hərəkətini gözünüzün önünə gətirin)
Hər iki ayağınızı yerə qoyun, ayaq barmaqlarınızı içə doğru qıvırın və ayaq barmaqlarından başlayaraq ayaqların yanını və ən son topuqları yerə qoyaraq biləklərinizlə bir dairə çəkməyə çalışın. Bir neçə dəfə təkrarladıqdan sonra içdən xaricə doğru bir neçə dairə çəkin.
Tarix: 10.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Qadın dünyası