1. Tək və bədbin olsanız belə, xoşbəxt olmayacağınız bir münasibətin bundan daha pis olacağını unutmayın. Əgər aranızda problemlər varsa, sırf tək qalmamaq üçün bunların üstünü ört-basdır edib, onlar yoxmuş kimi davranmayın.
2. Biri ilə evlənmədən əvvəl onunla yaxşı dost olduğuza əmin olur. Sonradan dost olacağınıza ümid edərək evliliyə addım atmayın.
3. Böyük bir addım atmadan əvvəl iqtisadi, uşaq, dostlar, içki, qumar, valideynlər, inanc kimi bir çox məsələlər barəsində fikir mübadiləsi aparın.
4. Haqqında danışmaq istəmədiyiniz cinsi problem varsa, onu mütləq danışaraq həll edin. Sonradan bu böyük problemlərə səbəb ola bilər.
5. Evlənməmişdən öncə eyni evi bölüşmə haqqında müzakirələr aparın.
6. Bunu düşünün - əriniz və ya arvadınız toydan sonra ağır xəstəlik keçirdi, qəzaya düşdü və əlil oldu. Siz onunla maraqlanmaq, ona baxmağa məcbursunuz. Bunu edə biləcəksiniz?
7. Evlənməmişdən əvvəl azı 1 il hər şey haqqında danışın ki, toydan sonra "sən belə deyildin"," Niyə dəyişdin" kimi tənqidlərlə üz- üzə qalmayasız.
8. Ehtiyacınız varsa, professional psixoloq yardımı almaqdan çəkinməyin.
9. Birlikdə uzun müddətli bir iş görüb-görə bilməyəcəyinizi yoxlayın. Bunu hər hansı layihə üzərində bərabər işləyərək sınaya bilərsiz.
10. Bir-birinizə uyğunsuz? Qarşı tərəfin hərəkətləri sizi qıcıqlandırmır ki? Onun sizi qıcıqlandıran xüsusiyyətini dəyişə biləcəyinizi qabağınıza məqsəd qoyaraq evlənməyin.
Tarix: 10.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Qadın dünyası