Hər ana, uşaqları üçün gərəyindən çoxunu etməyə hazırdır və edər. Analar üçün uşaqları o qədər çox qiymətlidir ki, onların yanında özlərini belə unudarlar. Həyatlarındakı çoxu zövqdən, çoxu xoşbəxtlikdən, çoxu gözəllikdən imtina edə bilərlər və bunu uşaqları xaricində kimsə üçün etməzlər. Onsuz da buna görə anaların yeri ayrıdır. Etdikləri fədakarlıqlar asan ediləcək şeylər olmadığı halda, bunu çətinlik çəkmədən hətta bəlkə fərq etmədən edərlər. Sevgilərinin sonsuz olması, hər çətinliyə uşaqları sayəsində sinə gərə bilir olmaları, sonsuz dərəcədə səbirli olmaları, uşaqlarına olan bağlılıqları onları digər canlılardan ayıran ən fundamental xüsusiyyətlərdir. Doğur, böyüt, yaxşı bir şəkildə böyüməsini təmin et, ona dəstək ol, hər çətinliyində yanında ol, hər səhvini bağışla, hər hörmətsizliyini altdan alar… Bunları ana olmayan biri edə bilməz. Dözə bilməz. Buna görə deyirik ki, bir ananın uşağı üçün etməyəcəyi heç bir şey yoxdur.
Ananın Uşağına Olan Sərhədsizliyi
Ananın uşağı üçün edə biləcəkləri sərhədsizdir. Nə lazımdırsa onu edərlər. Gözlərini bir an belə qırpmadan hər cür hadisəyə qarışa bilərlər. Uşaqlarını qorumaq üçün önlərinə nə gəlirsə əzər keçərlər. Uşaqlarını üzən birini, heç ağrımadan üzə bilərlər. Analar uşaqlarına qarşı o qədər həssasdır ki, çöldəki insanlara qarşı belə demək olarsa canı belə ola bilərlər. Birinin uşağına zərər verdiyini görən və ya zərər verə biləcəyini hiss edən ana, uşağını qorumaq məqsədiylə hər şeyi edə bilər. Onun üçün əhəmiyyətli olan uşağıdır və digərlərini gözü görməyə bilər. Analar uşaqlarına qarşı bir az eqoist ola bilir. Buda haqqlarıdır təbii ki...
Ana lazım olsa, uşağının qardaşı, atası, ən yaxşı yoldaşı, ən güvəndiyi dostu, ən yaxşı sirdaşı, sevgilisi və hər şeyi olar. Bəzən çiyinində ağladığı ən yaxşı dostu olar. Bəzən ürəyini tamamilə təslim etdiyi sevgilisi olar. Qorunma ehtiyacı olduğunda, sığındığı liman olar. Bir hadisə yaşadığında, qaça - qaça və böyük bir etibarla sirrini izah edə biləcəyi ən yaxşı yoldaşı olar. Yəni ən başdan dediyimiz kimi, bir ana uşağının hər şeyi ola bilər. Uşağı üçün hər şəklə girə bilər və bundan heç şikayətlənməz.
Anaların, uşaqları söz mövzusu olduğunda edə bilməyəcəyi heç bir şey yoxdur. Gözə ala bilməyəcəyi heç bir çətinlik yoxdur. Uşağını qorumaq adına, qarşısına ala bilməyəcəyi kimsə yoxdur. Analıq onsuz da budur!
Tarix: 10.01.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Qadın dünyası