İnsanların çoxu sevginin keçici olduğunu düşünür. Sevginin davam etməsi üçün isə anlayışlı olmaq bəs edir. Bu məsləhətlərə əməl edərək sevginizin ömrünün uzada bilərsiniz.
Ayrı vaxt keçirmək
Sevgilinizin həmişə yanınızda olmasını istəmək çox normaldır. Lakin mütəxəssislər az görüşən cütlüklərin sevgisinin daha uzun ömürlü olduğunu iddia edir. Az-az görüşən cütlüklərin bir-birinə danışa bilcəyi mövzular, hadisələr və hekayələr daha çox olur. Belədə münasbətlərizin yaxşı və pis tərəflərini nərəzdən keçirə bilirsiniz. Sizi görmək üçün dəridən-qabıqdan çıxan sevgilinizin olmasını istəmərdinizmi? Qarşı tərəfi darıxmağa məcbur etmək sevgini alovlandırır.
Aranızda nəyinsə düzgün olmağıdığını düşünürsünüzsə, çox güman ki, haqlısınız!
Qadınların 6-cı hissi kişilərdən daha güclüdür. Hər şeydən şübhələnən və ya güvənsiz bir tip deyilsinizsə, intuisiyanıza inanmağı tövsiyə edirik. Məsələn, gün ərzində onunla heç cürə əlaqə saxlaya bilmirsiniz. Ünsiyyətin və əlaqənin bu qədər asanlaşdığı çağda bunun məntiqli bir açıqlaması yoxdura, ya dünyanın sonu gəlib, ya da münasibətlərinizin... Bu onun sizə verdiyi bir işarədir. Bu kimi şeyləri nəzərə alıb, məsələni həll etməlisiniz.
Əvvəllər kiməsə xəyanət edibsə, sizə də xəyanət etmək riski yüksəkdir!
Bu barədə diqqətli olun. Xarakterini və əvvəllər necə olduğunu bilirsinizsə, özünüzü hər şeyə hazırlayın. Kişilər bəzən duyğusal, ya da cinsəl boşluğa düşür. Bu kimi hallarda eqolarını artıran birinə ehtiyac duyurlar. Onalrın qayğısına qalan başqa bir qadın tapdıqları və görüşməyə başladıqları zaman özlərini yaxşı hiss edirlər. Bu səbəbdən bir dəfə etmiş olması, təkrarlamasını asanlaşdıracaq. Diqqətli olun.
Sizin qeydinizə qaldığını düşünməyizni istəyir!
Kişilər adətən güclü görünməyi sevirlər. Buna görə də sizinlə lazım olduğundan artıq maraqlanıb, hər işinizə qarışırlar. Bu halda anlayışlı olun. Gücün onların əllərində olduğuna bilməyə ehtiyac duyurlar. Ona ehtiyacınız olduğunu bilsə, özünə hər zaman yaxşı hiss edəcək. Qoyun buna inansın...
Tarix: 10.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Qadın dünyası