Qadının gözlərindən bütün keçmiş həyatını oxuya bilərsiniz əslində, yetərki baxmağı bilin, dərinliklərində yaşanmışları görəbilin…
Başlanğıcda ürkək, qorxaq, utancaq baxar. Canı həqiqətən yanıbsa, nə təkrar eşq deyə bir şey eşitmək istər, nədə eşitdirmək istər nə qədər tək olduğunu, həmişə içində yaşayar duyğularını, fırtınalarını. Hər nə qədər canı yansada acı çəksədə bilinsin istəməz zəif tərəflərini.Həmişə güclü görünməyi seçərlər.
Əslində heç bir qadın sevgiyə tövbə etməz, eşqdən aşiq olmaqdan imtina etməz …
Amma ürəyi Sevgisizlikdən qurusa da canı yansada yalnızlığdan, dözülməz gəlsədə tənha yaşamaq, sevgiyə möhtacam deyə bilməz deməz …Qorxar və ürkər yenidən başlamağa hər şeyi gözə almağa, çünki bir eşq nə qədər güzəlləşdirsədə üzünü, yenə eyni eşq yıxa bilər xəyallarını, ümidlərini dar edə bilər qadına yer üzünü …
Heç bir qadına təklik yaraşmaz, amma əgər bir qadın təkdirsə, təkliyi üstün tutubsa; Ya ürəyində bağlanmayan yaraları yarım qalmış sevgiləri, yada unutamadığları uzaqarda qayıdmağını gözlədiyi var …
Amma qadın təkrar eşqi , aşiq olmağı seçirsə; Qadın elə bir sevər ki, sanki ilk dəfə eşqi yaşayırmış kimi hər dəfə yenidən başlayır nəfəs almağa.Sevdiyinə can verməyə.Heyat eşqmiş, eşqdə hayatmış kimi sevməyə.Əvvəl ürəyini ömürlük, sonra ömrünü həps eder sevdiyinə.
Eşqinə ruhunu təslim edər.Sonrada ömrünü əmanət edər.Birsözlə qadın aşiq olarsa; heç getməyəcəkmiş kimi sevər.Heç gəlməyəcəkmiş kimi də gedər.Ya sevərək ölər, Ya da ölərcəsinə sevər.
Tarix: 10.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Qadın dünyası