Şörəyel mahalı – Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində XX yüzilin sonlarına qədər əhalisinin əsas hissəsini Azərbaycan türklərinin təşkil etdiyi tarixi mahal.
Tarixi
Şörəyel mahalının ərazisinin çox hissəsi hazırda Türkiyə ərazisində yerləşir. Əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olmuşdur. Mahalın Rusiya tərəfindən işğal olunmuş hissəsi Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünmüşdür.
Qədim şaman türklər olan Şirək tayfalarının e.ə.III-II əsrlərdə Don və Terek çayları ətrafında yaşadığı və xəzərlərin bir qolu olan bu tayfaların Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz və Arpaçayı boyu yerləşmələri yazılır. Dədə Qorqud dastanında da adı çəkilən ərazi "Şəruk" kimi qeyd edilir. Düzkənd rayonunda Şirək adlı qala və kənd də mövcud idi. Şörəyel sözünün etimalogiyası Əziz Ələkbərli tərəfindən Şirək+el kimi müəyyənləşdirilmişdir.
Tarix: 09.02.2015 / 15:56 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Qərbi Azərbaycan